Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
12:41
1342
Sərnişinlərin həyatını heçə sayan avtobus sürücüsü - VİDEO

Kobud şəkildə yol hərəkəti qaydalarını pozan daha bir maşın kameralarımıza düşüb.

Bu dəfə qayda pozan sərnişin avtobusunun sürücüsüdür. İmişli-Sumqayıt marşrutu üzrə sərnişin daşıyan, dövlət qeydiyyat nişanı 50 CX 586 olan "Hyundai" markalı avtobus qəfil şəkildə zolağını dəyişərək qəza şəraiti yaradır.

Masazır dairəsindən Sumqayıt şəhəri istiqamətində köməkçi yolla hərəkətdə olarkən 1.18.3 "Yolun daralması" nişanının tələblərini pozan avtobus sürücü Sumqayıt şossesindən köməkçi yola çıxan avtomobilin qarşısına çıxır.

Qeyd edək ki, 1.18.1-1.18.3 "Yolun daralması" nişanları müvafiq olaraq yolun hərəkət hissəsinin hər iki tərəfdən (1.18.1), sağ tərəfdən (1.18.2) və ya sol tərəfdən (1.18.3) daraldığı sahəyə yaxınlaşma barədə xəbərdarlıq edir.

Bu nişanlar yaşayış məntəqələrindən kənar yollarda hərəkət hissəsinin 0,5 m və daha çox daraldığı yerləri, yaşayış məntəqələrində isə hərəkət hissəsinin bir hərəkət zolağı və daha çox daraldığı yerləri bildirmək üçün tətbiq olunur. Bu nişanlar həmçinin yaşayış məntəqələrindən kənarda tunellərdə, yol ötürücülərində, körpülərdə hərəkət hissəsinin eni bu qurğuların qarşısındakı yolun hərəkət hissəsinin enindən az və ya ona bərabər olduğu hallarda, yaşayış məntəqələrində isə belə qurğularda hərəkət hissəsinin eni onların qarşısındakı hərəkət hissəsinin enindən az olan hallarda tətbiq olunur.

1.18.1-1.18.3 nişanları ilə işarə olunan yol sahəsinə yaxınlaşan sürücü daralma səbəbindən hərəkət hissəsində yerdəyişmə edərkən (yanaşı zolağa keçərkən) yol hərəkətinin müvafiq qaydalarına riayət etməlidir.

Videodan da göründüyü kimi, avtobusu idarə edən sürücü bu yol nişanının tələbini bilərəkdən və ya bilməyərəkdən pozaraq qəza şəraiti yaradır.

Bundan əlavə, o, 1.1 bütöv nişanlanma xəttinin də tələbələrini pozur.

Məqalədə : qayda pozuntusu avtobus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
65

Qohum evliliklərin gətirdiyi bəlalar

23

May
11:11
MÜNASİBƏT
1647

Məktəbli çantalarının yükü azaldılacaq

23

May
10:49
ELM / TƏHSİL
889
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 14:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru