Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
11:38
297
Suriyanın iki kürd partiyası Əsəd hökumətinə müsbət cavab verib

Suriyada Məsud Bərzani və Cəlal Talabaniyə yaxınlığı ilə tanınan Suriya Kürd Qabaqcıl Partiyası və Kürd Demokratik Birlik Partiyası Bəşər Əsəd hökuməti və bütün siyasi qüvvələrlə dialoqa hazır olduqlarını açıqlayıb. FaktXəbər bildirir ki, bu barədə "Sputnik" məlumat yayıb.

İki partiyanın birgə yaydığı bəyanatda qeyd olunur ki, kürdlər Türkiyənin Suriyadan çıxarılması üçün də səy göstərməyə hazırdırlar.

BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun olaraq Suriya böhranın həllini təmin edəcək addımlar atmağa hazır olduğunu bəyan edən partiyalar, əl-Qaidə və İŞİD kimi terror qruplaşmaları ilə birgə mübarizə üçün də birlik çağırışı edib.

Qeyd edək ki, hər iki partiya Suriyada vətəndaş müharibəsinin başladığı illərdə (26 oktyabr 2011-ci ildə) ABŞ-ın sifarişi ilə Məsud Bərzaninin yaratdığı Suriya Kürd Milli Şurasında təmsil olunurdu.

Məqalədə : kürd 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
201

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1083

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
267

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
415
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 07:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru