Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
09:32
490
Astarada yeni çəkilən dağ yolu dağıldı - FOTO

Astarada yeni çəkilən dağ yolu bərbad vəziyyətə düşüb.

Uzunluğu 5 km olan və rayon mərkəzindən 40 km məsafədə yerləşən Təxtənəkəran-Miki avtomobil yolu yeni çəkilməsinə baxmayaraq yararsız hala düşüb.

Yol ölkə başçısının 2015-ci ildə imzaladığı sərəncama əsasən əsaslı təmir olunaraq 2017-ci ilin dekabrında istifadəyə verilib. Lakin 2000 nəfərə yaxın sakinin istifadə etdiyi yolun bir neçə hissəsi dağılıb. Beləcə, uzun illər yolsuzluqdan əziyyət çəkən əhali yenidən problemlərlə üzləşib.

Hazırda yolda torpaq qatı sürüşərək hərəkət zolağını azaldıb, avtomobillərin hərəkəti çətinləşib. Bu isə nəqliyyat vasitələri və sərnişinlər üçün təhlükə yaradır. Qeyd edək ki, bu, dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yeganə yoldur.

Kənd sakinlərinin sözlərinə görə, ötən il yolda müəyyən bərkitmə işləri görülsə də, bu, təsirsiz olub. Yolun dağılmasına yağan yağıntılar səbəb olsa da, sakinlər işlərin keyfiyyətsiz aparılmasından gileylənirlər. Sakinlər deyirlər ki, yolun yatağı zəifdir, buna görə də yağıntı nəticəsində erroziyaya uğrayıb. Bundan əlavə, suötürücü qurğular da sıradan çıxdığından sel suları yolun üst hissəsi ilə axaraq dağıntılara səbəb olur.

Astara rayon Siyəkü Kənd Bələdiyyəsindən vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verildiyi və müvafiq tədbirlərin görüləcəyi deyilir./Report

Məqalədə : Astara yol dağıldı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
604

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1661
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 02:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru