Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
16:53
287
`Mən jurnalistlərə qıcıq oluram` - Ənvər Seyidov

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış, həm də bir sıra qalmaqallı proseslərdə adı keçən hakimi Ənvər Seyidov 70 yaşı tamam olduğu üçün təqaüdə göndərilib.

FaktXəbər bildirir ki, 1972-ci ildən Ədliyyə Nazirliyi sistemində çalışan Ə.Seyidov Modern.az-a açıqlamasında geniş danışmaq istəmədiyini bildirib:

“Kifayət qədər işləmişəm, indi dincəlmək vaxtıdır. Hazırda bağda dincəlirəm”.

Tanınmış hakim 70 illiyilə bağlı filmə çəkildiyini vurğulayaraq, yazılı mətbuata açıqlama verməkdə maraqlı olmadığını dilə gətirib: “Mən jurnalistlərə, açıqlamalara qıcıq oluram. Artıq açıqlamanın, bağlamanın vaxtı keçib. Xahiş edirəm bundan sonra məni narahat etməyin. Barəmdə nəsə yazılmasını istəmirəm. Şərt deyil ki, qəzetdə də mənim barəmdə yazı çıxsın, televiziyada 70 illiyimlə bağlı film çəkilir. Bu, mənim bəsimdir”.

Ənvər Seyidov hakimliklə yanaşı, həm də bədii yaradıcılıqla məşğuldur. Belə ki, o, bir sıra romanların müəllifidir. Ə.Seyidov “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür. Ə.Seyidov həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür. Hərbi rütbəsi polkovnik, birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru, professordur.

Məqalədə : Ənvər Seyidov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
23

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
48

SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

21

May
15:33
NƏQLİYYAT
56

Kiloqramın etalonu rəsmən dəyişdi

21

May
15:25
ELM / TƏHSİL
139

"AzAlternativEnerji"nin zərəri artıb

21

May
14:55
İQTİSADİYYAT
77
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 19:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru