Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
16:14
621
Azərbaycan meyvə-tərəvəz ixracını 29% artırıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 149,119 mln.. ABŞ dolları dəyərində 134,603 min ton meyvə-tərəvəz ixrac edib.

Bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 37,988 mln. dollar (34,2%) və 30,292 min ton (29%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,1%-ni təşkil edib.

Ayrı-ayrı məhsullara gəlincə isə, bu ilin ilk 4 ayında Azərbaycan xarici ölkələrə 41,873 min ton tomat ixrac edib. Həmin tomatın ümumi dəyəri 49,645 mln. dollar təşkil edib və Azərbaycanın ümumi ixracının 0,7%-i qədər olub. 

4 ay ərzində Azərbaycan həmçinin 10,022 min ton meşə fındığı ixrac edib. Bu məhsulun ixracı 54,396 mln. dollar gəlir gətirib. Onun ölkənin ümumi ixracındakı payı isə 0,8% olub.

Həmçinin, ötən 4 ayda Azərbaycan alma ixracından 14,687 mln. dollar gəlir əldə edib. Azərbaycan almasının ixrac həcmi isə 35,44 min ton olub ki, bu da ümumi ixracda 0,2% paya bərabərdir.

Bundan başqa, yanvar-apreldə Azərbaycan 23,832 min ton xurma ixrac edib və 18,113 mln. dollar gəlir əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,3%-ni təşkil edib. 

Məqalədə : meyvə tərəvəz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
20

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
45

SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

21

May
15:33
NƏQLİYYAT
55

Kiloqramın etalonu rəsmən dəyişdi

21

May
15:25
ELM / TƏHSİL
138

"AzAlternativEnerji"nin zərəri artıb

21

May
14:55
İQTİSADİYYAT
76
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 19:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru