Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
10:51
2736
AİP sədri azadlığa çıxan məhbusları təbrik edib

"Azərbaycanımızın dünyada, xüsusən müsəlman aləmində yaxşı olmayan nümunələrindən biri əhalisinin on milyon olmasına baxmayaraq yüzdən artıq siyasi, vicdan və əqidəsinə görə ittiham olunaraq həbs edilmiş məhbus sayıdır."

FaktXəbər-in məlumatına görə, AİP sədri Mövsüm Səmədovun həbsdən çıxan məhbuslara ünvanladığı təbrik məktubunda belə deyilir. 

M.Səmədov qeyd edir ki, onların içərisində İslam dəyərlərini müdafiə edən, hicab, namaz məhbusları da vardır: "Xalqımızın maraq və mənafeyini düşünən, dinimizin inkişafı və müdafiəsində əqidəsindən dönməyən, insan azadlığı və demokratik prinsipləri tələb edən insanların müxtəlif saxta ittihamlarla həbs edilməsi düşünürəm ki, dövlətə və xalqa xidmət sayıla bilməz. Tez və ya gec bu insanların haqqı özlərinə, ailələrinə qaytarılmalıdır. Bu ilin Novruz bayramı ərəfəsində bir neçə siyasi, vicdan məhbusunun, ruhani alimlərinin və dini cameədən olan möminlərin azadlığa qovuşması xəbəri hər kəsi olduğu kimi bizi də sevindirdi. Mən ilk növbədə ailələrinə qovuşan həmin qardaşları salamlayır, bütün möminlərə və möminə bacılarımıza bu münasibətlə təbriklərimi çatdırıram.

Əlbəttə, hesab edirəm ki, azadlıq onların haqqı, müsəlman xalqımızın istək və arzusudur. Onlar siyasi və dini əqidələrinə möhkəm bağlı olduqları üçün Allahın təqdiri nə isə ona qail və tabedirlər. Bu mənada mübariz insanlar üçün məhbus və ya qeyri-məhbus olmalarının fərqi yoxdur. Çünki belə insanlar Böyük Yaradan qarşısında təslim olduqlarına görə həmişə azaddırlar. Mən ailələrinə qovuşan, onların mənəvi istirablarına son qoyaraq doğma ocaqlarına qayıdan qardaşlarımızı bir daha təbrik edir, onlara sabitqədəm olmağı arzulayır, gələcək fəaliyyətlərində uğurlar diləyirəm."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
63

Qohum evliliklərin gətirdiyi bəlalar

23

May
11:11
MÜNASİBƏT
1647

Məktəbli çantalarının yükü azaldılacaq

23

May
10:49
ELM / TƏHSİL
889
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 14:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru