Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
10:49
179
ABŞ Suriyada Rusiya ilə birgə addımlar atacaq

Vaşinqton və Moskva Suriya üzrə müəyyən konkret addımlar atacaq. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Katibi Maykl Pompeo RF prezidenti Vladimir Putin və XİN rəhbəri Serqey Lvrovla görüşünün yekunu barədə şərh edərkət bildirib.

«Danışıqlar zamanı biz Suriya üzrə bir sıra konkret addımları atmağı razılaşdırdıq», - deyə o, bəyan edib.

Xatırladaq ki, Amerika xarici siyasət idarəsinin rəhbəri mayın 14-də ilk dəfə Rusiyaya səfər edib. O rusiyalı həmkarı Sergey Lavrovla, daha sonra isə RF prezidenti Vladimir Putinlə görüşüb.

Görüşdə həmçinin Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak edib. 

"Biz Amerika administrasiyasının hərəkətlərinə qarşı kritik yanaşmamızı ortaya qoyduq", — deyə Uşakov bildirib.

Onun sözlərinə görə, tərəflər söhbət zamanı İrana da çox vaxt sərf ediblər. Lakin Rusiya prezidentinin köməkçisi danışıqların detallarını açıqlamaqdan imtina edib.

"Mən deyərdim ki, bu barədə maraqlı müzakirələr oldu", - deyə Uşakov bildirib.

Yeri gəlmişkən qeyd edək ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) ayrı-ayrı maddələrini yerinə yetirməyi rəsmən dayandırıb.

Məqalədə : pompeo 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
20

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
45

SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

21

May
15:33
NƏQLİYYAT
55

Kiloqramın etalonu rəsmən dəyişdi

21

May
15:25
ELM / TƏHSİL
138

"AzAlternativEnerji"nin zərəri artıb

21

May
14:55
İQTİSADİYYAT
76
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 19:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru