Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
10:39
Tanınmış vəkil məhkəmə hökmündən narazıdır - FOTO

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın məşhur vəkillərindən birin olan İradə Cavadovanın şikayətinə baxılıb.

Hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə İradə Cavadovanın verdiyi vəsatətlərin heç biri təmin olunmayıb.

Maraqlıdır ki, məhkəmə bu vəsatətləri rədd edərkən qanunun tələblərini pozub. Belə ki, heç bir əsaslandırma olmadan bütün vəsatətlərə “yox” deyilib.

Məhkəmədə vəsatətləri haqqında danışan İradə xanım tələb edib ki, Vəkillər Kollegiyasından ondan şikayətçi olan Könül Mürsəlova 16 may 2018-ci ildə bu quruma teleqram vuraraq hər hansı bir şikayətinin olmadığını bəyan edib: “Eyni məzmunlu müraciəti anası da yollayıb. Bu müraciətlərin hər biri qeyd alınıb. Amma Vəkillər Kollegiyası həmin müraciətləri ortaya çıxarmır. Ona görə də məhkəmə bu vəsatəti təmin etməli idi”.

İradə xanımın növbəti vəsatəti isə DİN-nin 102 xidmətindən məlumatın alınmasına dair olub. Belə ki, cavabdehin anası Elmira Mürsəlova vəkilə müraciətində qızının DİN-nin BMCQMİ-nə aparıldığını deyib. Hətta o, bununla bağlı nazirliyin 102 xidmətinə zəng edib. Lakin sonradan qız şikayətində bunları təkzib edib. Odur ki, qızın anası Elmira Mürsəlovanın 102-yə zəngi ilə bağlı məlumatların məhkəməyə təqdim olunması barədə vəsatət qanuni olsa da məhkəmə onu da rədd edib.

Daha bir vəsatət Könül Mürsəlova və anasının dindirilməsi barədə olub. Məhkəmə vəkilin bu tələbini də gözünü yumaraq rədd edib.

İradə Cavadovanın məhkəmə xətşünaslıq ekspertizasının təyin olunmasına dair vəsatəti isə baxılmamış saxlanılıb.

Qeyd edək ki, İradə Cavadovanın Vəkillər Kollegiyası tərəfindən cəzalandırılması bir sıra beynəlxaq təşkilatların narahatlığına səbəb olub. Müxtəlif hesabatlarda Azərbaycanda müstəqil vəkillərin cəzalandırıldığı qeyd olunur. (gununsesi.org)

Məqalədə : Vəkil İradə Cavdova 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

21

Yanvar
18:05
ELM / TƏHSİL
2179

Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

21

Yanvar
17:43
ELM / TƏHSİL
2054

Kriminal avtoritet “Osman Gəncinski” saxlanılıb

21

Yanvar
17:30
HÜQUQ,HADİSƏ
318

Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi

21

Yanvar
16:15
HÜQUQ,HADİSƏ
317

Şagirdlərin yerdəyişməsi dayandırlır

21

Yanvar
15:10
ELM / TƏHSİL
2586

Sumqayıtda cibgirlər saxlanılıb

21

Yanvar
15:02
HÜQUQ,HADİSƏ
273

Tağı Əhmədov bəzi deputatları tənqid edib

21

Yanvar
14:45
SİYASƏT
1785
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 02:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru