Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2019
16:24
582
Rəşad Sadıqov `Neftçi`yə sataşdı

"Space" radionun "İdmanda" verilişinə qonaq olan "Qarabağ"ın kapitanı Rəşad Sadıqov gündəm yaradacaq açıqlama verib.

36 yaşlı futbolçu getdikcə ölkə çempionatının oyunlarına azarkeş marağının azalmasının səbəbi haqda verilən suala cavabı belə başlayıb: "Bununçün biletlərin qiymətini qaldırmaq lazımdır".

Daha sonra müxtəlif detallara toxunaraq sualı cavablandıran təcrübəli oyunçu o replikanı ölkə çempionatının son turunda "Neftçi"ylə səfər qarşılamasında bilet qiymətlərinin bütün sektorlar üzrə 50 manat edilməsinə atıb.

Sadıqov verilişdə 8 komandalı ölkə çempionatı haqda suala da maraqlı cavab verib: "8 komandalı çempionatın olması heç yaxşı deyil. İnişafa mane olur..."

VAR sisteminin Azərbaycanda da tətbiqinin lazım olduğunu bildirən Sadıqov yerli futbol hakimliyində gəncləşdirməni yaxşı qəbul etdiyini açıqlayıb.

Ən çox "Barselona"nı izlədiyini, Ferqüssonun gedişinədək ən simpatiyası olan kubun "Mançester Yunayted" oluğunu, eləcə də "Beşiktaş" "Spartak Moskva"ya daha çox simpatiya bəslədiyini açıqlayan qonaq karyerasını bitirəndən sonra məşqçiliyi bərpa edib-etməyəcəyi haqda belə danışıb: "Çətindi indi qəti nəsə deməyim. Ümumiyyətlə, məşqçilik bir az ədalətsiz peşədir. Nəticələrdən asılı oaraq ən çox sən önə çəkilirsən. Buna görə də taleyin kimdənsə asılı olur. Futbolçu deyilsən ki, müqavilənə görə səndən çəkinsinlər, məşqçi bir oyun, iki oyun uduzdu, hər an haqqında qərar qəbul edilə bilər. Buna görə də bir az qəti fikir bildirməkdə çətinlik çəkirəm baş məşqçi olmaq barədə..." 

Məqalədə : Neftçi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
85

Qohum evliliklərin gətirdiyi bəlalar

23

May
11:11
MÜNASİBƏT
1649
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 15:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru