Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2019
15:37
603
“Breyn Rinq” yarışının on üçüncü mövsümünün ilk finalçılarının adları bəlli olub

“Nar” mobil operatorunun dəstəyilə baş tutan “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün ilk finalçılarının adları bəlli olub. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, kubok uğrunda mübarizədə “Gəncə” və “Nar” komandaları, eyni zamanda daha iki qalib komanda yarışacaq. 

Komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu “Nar” öz “Facebook” səhifəsində xüsusi müsabiqə keçirir. “Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilər müxtəlif hədiyyələrlə təltif edilirlər. Aprel ayının intellektlərinin adları isə artıq məlumdur: Əli Məmmədov, İsmayıl Əliyev, Məhbub Osmanov və Rəşad Səttarlıdır.

Qeyd edək ki, “Breyn Rinq” bilik müsabiqəsində respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai Televiziyada yayımlanır. İntellektual oyunun qalibi iyun ayında məlum olacaq və qalib komanda “Nar” kubokunun sahibi olacaq. 

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilik müsabiqəsi də bunlardan biridir.

Məqalədə : Breyn Rinq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
13

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
40

SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

21

May
15:33
NƏQLİYYAT
53

Kiloqramın etalonu rəsmən dəyişdi

21

May
15:25
ELM / TƏHSİL
133

"AzAlternativEnerji"nin zərəri artıb

21

May
14:55
İQTİSADİYYAT
74
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 18:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru