Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2019
15:28
`Milla` qabında narkotik maddə keçirən şəxs saxlanılıb

Penitensiar müəssisələrə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq təcrdixanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlqıdan məhrum edilib və hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zahidov Seymur Teymur oğluna atası Bakı şəhər sakini Zahidov Teymur Kamil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd plastik qabda ("Milla" və "Ramaşka" xamasının qablarında) olan heyva və moruq mürəbbəsinin tərkibində ümumi çəkisi 0,52 qram olan narkotik vasitə “Metadon” aşkar edilib.

Eyni zamanda, Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Qəhrəmanov Siyab Bəxtiyar oğlu Bakı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,875 qram narkotik vasitə “Tiryək” aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə : narkotik maddə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
267

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
273

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
446

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
366

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
333
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 05:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru