Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2019
11:40
1778
Yan-yana 3 məktəb təklifi

Elçin Süleymanov

Bakı Mühəndislik Universitetində Elmi işlər üzrə prorektor


Son günlər tez tez orta məktəblərdə baş verən neqativ hadisələr (intihar, dərsdən qaçarkən pəncərədən yıxılıb zədə alanlar, müəllimin şagirdlə və ya şagirdin müəllimlə kobud davranışı və s) sosial şəbəkələrin köməyi ilə tez bir zamanda cəmiyyətə yayılır və təhsil və məktəb haqqında söz söhbətlərə səbəb olur. Təhsil Nazirliyi ilə yanaşı ictimaiyyət və ekspertlər də təhsil ilə müxtəlif təklifləri və ya təcrübələri müzakirəyə çıxarmalı, müsbət olanlarının həyata vəsiqə qazanmalarına kömək etməlidirlər. Yeni nəslin xüsusiyyətləri və texnoloji inkişaf tədris prosesi formalaşdırılarkən mütləq diqqətə alınmalıdır. Bu istiqamətdə inkişaf etmiş xarici ölkələrdə müşahidə etdiyim bir iki nüansları müzakirəyə təqdim edərdim.  

Orta məktəbləri üç mərhələli, hər mərhələsinin ayrı məktəblərdə təşkili. Bir çox inkişaf etmiş ölkədə orta məktəblər 12 illikdir və 3 mərhələyə, üç ayrı məktəbdə keçirilən formaya ayrılır:

İbtidai məktəb – elementary school (I-VI siniflər)

Əsas məktəb – secondary school (VII-IX siniflər)

Orta məktəb – High school (X-XII siniflər)

Məncə, bir şagirdin orta təhsilini ən az 3 fərqli məktəbdə almasının müsbət nüansları çoxdur. Birincisi ayrıca ibtidai məktəb fəaliyyət göstərərsə, azyaşlılar məktəbdə 10-11-ci siniflərlə üz üzə gəlməz. 11-ci sinif şagirdi pilləkəndə 1-ci sinif şagirdini tapdalamaz. Şiddət və s. neqativ hallar minimuma enər. Məktəb pedaqoqları və təhsil şəraiti 1-5-ci siniflərə görə formalaşar. Yəni təklifim odur ki, Bakıda yan-yana olan üç məktəbin biri tamamən ibtidai məktəb – elementary school (I-VI siniflər), biri tamamən əsas məktəb – secondary school (VII-IX siniflər), biri də orta məktəb – high school (X-XII siniflər) kimi yenidən formalaşdırılması büdcəyə əlavə yük gətirməz. Bu cür formalaşma həm keyfiyyəti artırar, həm də nəzarəti asanlaşdırar.

Bunun bir başqa müsbət nüansı isə hazırda birinci sinifdə neqativ imic formalaşdıran məktəblinin bu imiclə eyni sinifdə 11 il oxumasının əksinə olaraq, hər mərhələdə yeni məktəbdə və yeni sinif yoldaşlarının əhatəsində olmasının müsbət təsiri olmasıdır.

Bir digər təklifim də məktəblərin maliyyələşməsini adambaşına və məktəbin göstəricilərinə görə verilməsi də məktəblər arasında rəqabətə və nəhayətində inkişafa gətirə bilər.

Məqalədə : orta məktəb ibtidai sinif 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
20

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
45

SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

21

May
15:33
NƏQLİYYAT
55

Kiloqramın etalonu rəsmən dəyişdi

21

May
15:25
ELM / TƏHSİL
138

"AzAlternativEnerji"nin zərəri artıb

21

May
14:55
İQTİSADİYYAT
76
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 19:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru