Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2019
16:23
1768
Ramil Usubov 149 gəncə polisdə iş verdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov mayın 12-də Bərdə Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, tədbirdə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqən, Füzuli, Xocavənd, Yevlax, Mingəçevir, Kürdəmir və Zərdabşəhər və rayonlarından qəbul üçün müraciət edən 40 vətəndaş iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ baxılması üçün aidiyyatı Baş İdarə, xidmət və ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.

Mayın 13-də isə kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, R.Usubov DİN-in Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsində yuxarıda adları çəkilən şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında həmin bölgələrdə yaşayan, Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 317 şəxs iştirak edib. Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 149 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, ölkəmizdə hökm sürən dayanıqlı sabitliyin və əmin-amanlığın, o cümlədən vətəndaşların qanunla qorunan hüquqlarının keşiyində hər zaman ayıq-sayıq durmalarını, onların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, göstərilən etimadı doğrultmalarını, öz üzərlərində səylə çalışmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Nazirlik vətəndaşların nəzərinə bir daha çatdırır ki, ərazi polis orqanlarında vakant olan Post-Patrul Xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir cari il may ayının 18-də DİN-in Daxili Qoşunlarının Qəbələ rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.

Məqalədə : polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
200

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1081

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
266

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
414
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 06:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru