Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2019
14:48
311
Cəlilabadda polislə narkotacirlər arasında atışma olub

Cəlilabadda polislə narkotacirlər arasında atışma olub. Hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.

Məlumata görə, polis əməkdaşları içərisində narkotik vasitələr satan şəxslərin olduğu “Hundai” markalı avtomobili saxlayıb.

Saxlanılarkən maşının sürücüsü tabesizlik göstərərək polisin xidməti BMW markalı avtomobilinin güzgüsünü sındırıb. Bu zaman polis əməkdaşları havaya xəbərdarlıq atəşi açıb. Nəticədə avtomobil saxlanılıb və orada olan Şərur rayon sakini Mirkərim Seyidov, Yardımlı rayon sakini Tərlan Behbudov, Şəmkir rayon sakini Rəşad Sadıqov və Bakı şəhər sakini Anar Məmmədov tutulub. Onlardan heroin götürülüb.

Polisin əməliyyatı zamanı havaya atəş açılarkən yaxınlıqdakı digər “Hundai” markalı avtomobildə olan naməlum şəxs atəş açaraq maşını sürərək uzaqlaşıb.

Şirraslan adlı həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs atəşin ona tərəf açıldığını düşünərək üzərindəki silahdan havaya bir neçə dəfə atəş açıb və maşını sürərək hadisə yerini tərk edib. O, bir qədər irəlidə avtomobili aşırıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə : Cəlilabad 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
65

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
106
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 16:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru