Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2019
14:31
1904
AQTA yeni layihəyə start verib - VİDEO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları qida təhlükəsizliyinin təmin edilməsi prosesində aktiv iştiraka dəvət edir. Bununla bağlı Agentlik yeni layihənin pr kampaniyasına başlayıb. Kampaniya çərçivəsində Agentliyin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsindən #TUTGƏLDİ hashtag-ı ilə video paylaşılıb.

Agentliyin mətbuat katibi Aysel Fərziyeva FaktXəbər-ə açıqlamasında bildirib ki, #TUTGƏLDİ qida təhlükəsizliyinin təmin edilməsində vətəndaşların aktivliyini təmin etmək məqsədilə hazırlanan yeni layihənin sloqanıdır: “İlkin olaraq onu deyə bilərəm ki, #TUTGƏLDİ hashtagı ilə paylaşılan layihənin əsas məqsədi vətəndaşları qida təhlükəsizliyinin təmin edilməsində aktiv iştiraka cəlb etməkdir. Bu məqsədlə bütün innovativ imkanlardan istifadə edirik. Layihə yaxın günlərdə geniş ictimiayyətə təqdim ediləcək”.

Qurum rəsmisinin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi istehlakçıların hüquqlarının qorunması istiqamətində müntəzəm tədbirlər həyata keçirir. Həyata keçirilən tədbirlərin məqsədi qida zəncirinin bütün mərhələlərinə ictimai nəzarət mexanizmini formalaşdırmaqdır.

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
62

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 16:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru