Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2019
10:32
203
`Milli Məclisdə qadın deputatların sayı artırılmalıdır`

"Biz Milli Məclisdə qadın deputatların sayının artmasını dəstəkləyirik".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirilən zamanı cəmi 4 faiz qadın uğur qazanıb: "Biz ondan sonra qadınlarla birlikdə maarifləndirmə tədbirlərinə başladıq. Hazırda bələdiyyə sistemində qadınların sayı 35 faizə çatıb. Qadınların bu sistemdə sayının çox olması təqdirəlayiqdir. Biz də bunun tərəfdarıyıq. Biz eyni zamanda Milli Məclisdə qadın deputatların sayının artmasını da dəstəkləyirik".

Komitə sədri vurğulayıb ki, Azərbaycanda qadınların hüquqlarının müdafiəsi sahəsində xeyli inkişaf var: "Qadınlar bir çox ölkələrdə əhalinin, demək olar ki, çox hissəsini təşkil edirlər. Azərbaycanda isə demək olar ki, qadın və kişi sayı bərabərdir. Azərbaycanda çox güclü, düzgün balanslaşdırılmış gender siyasəti yürüdülür. Təbii ki, problemsiz cəmiyyət yoxdur. Sadəcə olaraq cəmiyyətə qayğı ilə yanaşmaq lazımdır. Biz bu qayğını dövlət səviyyəsində görürük. Azərbaycanda qəbul olunan bütün qanunlar, fərmanlar, sərəncamlar öz daxilində gender komponenti daşıyırlar". (report)

Məqalədə : Milli Məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
82

Qohum evliliklərin gətirdiyi bəlalar

23

May
11:11
MÜNASİBƏT
1649
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 15:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru