Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2019
21:51
305
Azadlıq və ya Ramazan inqilabı

Bu ayın dərk olunması insanın bütün həyatını dəyişmək iqtidarındadır. Çox düşündürür. Zəmanəmiz müasirləşməyə doğru getməkdədir. Mübarək (bərəkətli) Ramazan ayı haqqında orta əsr təfəkkürü ilə danışmaq bu ayın əzəmətinin nurunun qarşısını alır. Müsəlmanların bir qismi bu ayı daha müstəqil, daha modern tərzdə izaha sərf etdikləri zəhmət qarşılığında, digər dəstə 14 əsr bundan əvvəlki qavrama tərzində bu ayı təbliğ etmədədirlər. Ramazanı indiki zaman üçün daha təkmil tərzdə və daha savadlı formada çatdırmaq zəruridir.

Ramazan ayı... Bu ay on bir aydan fərqli bir aydır. İnsan özünə adi aylarda etdiyi bəzi halal sayılmış şeyləri sübh azanından ta şam azanına kimi haram edir. Uzun müddət ərzində orucu batil edən şeylərdən çəkinmək, adi zamanlarda bütün insanların etdiyi gündəlik əməllərdən vaz keçmək köləlik deyilmi? İnsan bu işlərdən kənar qalmaqla öz azadlığını itirmirmi?

Kənardan baxanda, elə anlaşıla bilər ki, İslam insanları istismar edir. Onları kölələşdirərək bir çox şeydən məhrum edir. Yaxşı, əgər belədirsə, İslama bundan nə çatır? Belə etməklə kim qazanır? Kim itirir? Bu məsələyə qərəzsiz baxdıqda, görərik ki, qazanan tərəf yalnız insandır. Oruc tutmuş şəxs.

Çünki o, həvayi-nəfsi istədiyi şeyi həyata keçirə bilər. Kimi məcburən oruc tutdururlar ki? Lap məcburən də olsa, gedib çarpayının altında ağzına bir-iki loxma çörək atacaqdır. Əslində, könlün istədiyi şeyi, kamala çatasan deyə tərk etmək azadlıqdır. Digərinin sərhədini tapdalamamaq azadlıqdır. Sənin də bir gün somalili körpələrin nələr çəkdiyini hiss etməyin azadlıqdır. Müəyyən vaxt yeyib, müəyyən vaxt oruc tutmağın azadlıqdır.

Lakin bizlər üçün azadlıq simvollarından biri kimi hesab edilən orucluğu elə məhz özümüz kölələşdirməkdəyik. Kölə olmuş nəfsimizə kölə etmək istəyirik. Lakin azadlıq şəmsi olanlar zülmət hicaba əsla bürünmürlər. Onlar daim parlaq olaraq qalırlar.

Buna görə də bu ay nəfsi inqilab etmək üçün ən münasib aylardan biridir. 11 ay kölə olmuş, hər nə istədi edən nəfsin 1 ay həbs edilərək onu köləlikdən azadlığa çıxarmağa cəhd ayıdır. Unutmayaq ki, özünü köləlikdən azad edə bilməyən, başqasını heç vaxt azad edə bilməz.

Məqalədə : Ramazan ayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
81

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1341
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 06:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru