Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2019
15:14
1121
Xırdalan-Bakı arasında sərnişinləri döşəməsi qopmuş avtobus daşıyır - VİDEO

Xırdalan şəhəri ilə Memar Əcəmi metrostansiyası marşurut xətti üzrə hərəkət edən 119 saylı sərnişin avtobuslarından biri yararsız vəziyyətə düşüb. ONA-nın əməkdaşının çəkdiyi videodan görünür ki, avtobus qəza vəziyyətindədir və sərnişinlərin həyatı üçün ciddi təhlükə doğurur. Buna baxmayaraq, istifadəyə yararsız avtobuslarla sərnişin daşınması həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev ONA-ya deyib ki, bu kimi hallar qəbuledilməzdir: “Sərnişin avtobusunun bu vəziyyətdə idarə olunması Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiqlənən tələblərə tamami ilə ziddir və problem dərhal aradan qaldırılmalıdır. Məsələ ilə bağlı xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən "Xaliq Faiqoğlu" MMC-yə xəbərdarlıq olunacaq. Qısa vaxtda bu xətt üzrə sərnişindaşıma prosesi bütünlüklə həmin tələblərə tam uyğunlaşdırılmalıdır. Ümumilikdə isə bildirim ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində fəaliyyətini qanunun tələblərinə uyğun qurmayan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq”.

“Xaliq Faiqoğlu” MMC-dən isə bildirilib ki, problem araşdırılacaq: “Görüntülərdən hadisənin hansı avtobusda çəkildiyi dəqiq bilinmir. Bununla belə, məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək”.

Məqalədə : avtobus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
1798

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
420

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
95
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 15:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru