Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2019
14:40
294
Azərbaycanda ötən ay neft hasilatı 683 min barel təşkil edib

Azərbaycanda aprel ayında gündəlik neft hasilatı 683 min barel olub. Bu barədə "Report"a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bunun 605 min barelini xam neft, 78 min barelini kondensat təşkil edib. Gündəlik 390 min barel xam neft, 75 min barel kondensat, 19 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirib. 

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında orta gündəlik neft hasilatı 770 min barel təşkil edib.

Energetika Nazirliyi aprel ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub. 

Məqalədə : neft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
12

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
39

SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

21

May
15:33
NƏQLİYYAT
53

Kiloqramın etalonu rəsmən dəyişdi

21

May
15:25
ELM / TƏHSİL
133

"AzAlternativEnerji"nin zərəri artıb

21

May
14:55
İQTİSADİYYAT
74
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 18:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru