Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
21:03
2310
Yeyinti məhsulları ilə bağlı yeni dövlət rüsumu tətbiq oluna bilər

Azərbaycanda yeyinti məhsulları ilə bağlı yeni dövlət rüsumunun tətbiq olunması təklif edilir.

FaktXəbər-in məlumatına görə, bununla bağlı məsələ “Yeyinti məhsulları haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 7-ci maddəsinə (Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı) təklif edilən bəndə əsasən, qida təhlükəsiziyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq dəyişikliklərin edilməsinə) görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutululur.

“Baytarlıq haqqında” qanunun 39-cu maddəsinə (Baytarlığın maliyyə təminatı) təklif edilən dəyişikliyə əsasən isə baytarlıq şəhadətnaməsinin, sertifikatının, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ətin, heyvan və quş cəmdəklərinin üzərinə nişan qoyulmasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövət rüsumu tutulur.

Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Məqalədə : Yeyinti məhsulları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
65

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
105
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 16:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru