Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
17:05
1835
İnanclı vətəndaşların hüquqlarının qorunması müzakirə edilib - FOTO

Bu gün Ziyalılar Birliyinin ofisində "İnanclı Siyasi Məhbusları Müdafiə Komitəsi"nin inancı kəsimin həbsxanalarda üzləşdiyi problemlərə dair tədbiri baş tutub.

Tədbirdə siyasi partiya nümayəndələri, ictimai fəallar, prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan eks siyasi məhbuslar, hüquq müdafiəçiləri, inanclı məhbusların ailə üzvləri, mətbuat nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş nitqi ilə "İnanclı Siyasi Məhbusların Müdafiə Komitəsi"nin həmsədri Eldəniz Quliyev açdı. Natiq bildirdi ki, son zamanlar inanclı məhbuslara həbsxanada göstərilən münasibət, onların üzləşdiyi rəftar narahatlıq doğurur: "Sağlamlığında problem yaranan inanclı dustaqların dərman və tibbi xidmətlərdən məhrum edilməsi vətəninə, xalqına, mənəvi dəyərlərə sıx bağlı olan insanlara qarşı edilmiş ən böyük xətadır. Dindarlar bu cəmiyyətin ən ləyaqətli vətəndaşları sırasındadırlar və onlara ehtiram göstərilməlidir"

Daha sonra çıxış edən "İnaclı Siyasi Məhbusların Müdafiə Komitəsi"nin digər həmsədri Rövşən Əhmədli tolerantlığın, multikulturalizmin dövlət siyasəti kimi təbliğ edildiyi ölkədə din və eqidəsinə görə vətəndaşların təziq edilməsini bir-biri ilə uzlaşmayan məsələlər olduğunu bildirdi. 

Söz alan hüquqşunas Mətləb Mütəllimli isə yeni təşəbbüs irəli sürərək "İnanclı Siyasi Məhbusların Müdafiə Komitəsi"nin növbəti dəyirmi masasını Nardaranda keçirməyi məsləhət gördü: "Bilirik ki, kənar şəxslərin Nardarana girişinə qadağa var, lakin biz Nardaran hadisələrində həbs edilmiş şəxslərin ailələrinə baş çəkməyə cəhd edə bilərik. Qoy hüquq mühafizə orqanları bizi ora buraxmasınlar, biz də öz növbəmizdə məsələni mətbuatda işıqlandırıb hüquqi iddia ilə çıxış edərik".

Fikrinin sonunda Mətləb Mütəllimli Azərbaycan Xalq Hərəkatının müraciətini oxudu. 

Növbəti cıxış üçün söz Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədr müavini Fuad Qəhrəmanlıya verildi. Həbsxanadan yenicə azadlığa çıxmış keçmiş siyasi məhbus islamçıların həbsxanalarda olmasını təbii qəbul edilməli olduğunu bildirdi: "Fikir, ifadə azadlığı olmayan cəmiyyətdə siyasətlə məşğul olmaq mümkün deyil. Xalqımızın haqqı tapdalanır və bizlər də onların yanında olmağa borcluyuq. Əgər bu gün islamçılar həbsxanalardadırlarsa demək ki, onlar həqiqətən İslami prinsiplərə sadiqdirlər. Nə yaxşı ki, azadlığını islama qurban verən vətəndaşlarımız var".

Əfv sərəncamı ilə azadlığa çıxan digər siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvü Elçin Qasımov da tədbirdə çıxış etdi. O, ilk növbədə inanclı siyasi məhbusları müdafiə edən komitəyə minnətdarlığını bildiriərək, onların apardığı müdafiə işlərinin siyasi məhbuslar üçün böyük mənəvi və hüquqi güc olduğunu xatırlatdı. Natiq daha sonra bildirdi ki, zindan qorxulu yer deyil, əksinə insanın mənəviyyatına, onun təfəkkür inkaşıfana müsbət təsir göstərir. İlahiyyatçı haqqı pozulmuş vətəndaşların inaclı və qeyri-inanclı kateqoriyasına bölməməyi məsləhət görərək, hüququ pozulmuş istənilən azərbaycanlının yanında olduqlarını vurğuladı. 

Daha sonra söz Azərbaycan İslam Partiyasın (AİP) sədr əvəzi Hacı İlham Əliyevə verildi. İlahiyyatçı alim bildirdi ki, inanclı insanları möhkəm saxlayan gələcəyə olan inamlarıdır: "Təəssüflər olsun ki, müsəlmanları İŞİD-in timsalında və qiyafəsində göstərib həqiqi Allah bəndələrinə ləkə vurmaq istəyirlər. Bu oyunların kimin fikirləşib ortaya attığını da hamımız yaxşı tanıyırıq. "Allahu Əkbər" şüarı insanı xoşbəxtçiliyə aparan yoldur. İsrarlı olan, çalışan insanlar mütləq müsbət nəticələr əldə edəcəklər. Bu, Allah Təalanın vədəsidir. 

Tədbir digər natiqlərin çıxışları ilə davam etdirildi. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
76
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 17:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru