Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
17:10
922
İcra başçısı şəhid polisin xanımının iddialarına münasibət bildirib

Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Ağayev rayonun Türklər kəndinin sakini, Xocalının müdafiəsində şəhid olmuş polis əməkdaşı Abdulla Həmzəyevin həyat yoldaşı Mehriban Bəkirovanın qəbula buraxılmaması ilə bağlı məsələyə münasibət bildirib.

İcra başçısı "Report"un Qarabağ Mərkəzinin müxbirinə verdiyi açıqlamada bildirib ki, həmin vətəndaşın müraciətindən xəbərsizdir və bununla bağlı araşdırma aparacaq: "Ümumiyyətlə, hər həftənin üçüncü günü Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında, hər həftənin ikinci günü isə kəndlərdə səyyar qəbullar keçirirəm. Bütün vətəndaşlar şəxsən mənə müraciət edirlər və onlara köməklik göstərilir. Həmin vətəndaşın müraciəti ilə bağlı mənim məlumatım yoxdur və bununla bağlı araşdırma aparılacaq. Bu barədə mənə məlumat verməyiblər. Heç kimə qəbulda iştirak etməklə bağlı məhdudiyyət qoyulmayıb .Əsasən Prezident İlham Əliyevin tapşırığı ilə  aztəminatlı, şəhid və Qarabağ veteranlarının ailələrinə xüsusi diqqət göstərilir".

Qeyd edək ki, jurnalist Kərim Kərimli facebook-da M.Bəkirovanın müraciətini yayıb. İddiaya görə, M.Bəkirova qəbul günü icra başçısının qəbuluna gedib: "Qəbul günü olsa da, onu sizin yanınıza buraxmayıblar, ona "deyiblər" ki, sənin şəhid olmuş həyat yoldaşın Xocalıda əvvəlcədən növbəyə yazılıb, nömrə götürüb, gedib evində oturub şəhid olmaq üçün növbə gözləyib və növbəsi çatanda da şəhid olub. Ona görə də sən də indi burada əvvəlcə növbəyə yazılmalı, müvafiq nömrə götürməli və gedib gözləməlisən. Tez-tez bizimlə əlaqə saxlamalısan. Nə vaxt, hansı qəbul günü növbən çatsa, onda da səni başçının qəbuluna buraxarıq".

Məqalədə : İcra başçısı şəhid polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
64

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
105
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 16:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru