Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
13:38
Atasının dərmanını içən şagird zəhərləndi

Bakıda atasının dərmanını içən 109 nömrəli tam orta məktəbin şagirdi zəhərlənib.

FaktXəbər-in məlumatına görə, məktəbdən bildirilib ki, 30 aprel 2019-cu il tarixində təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna övladının evdə valideynin dərmanını qəbul edərək zəhərləndiyini bildirib:

"Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Müvafiq müayinə və müalicə prosedurlarından sonra uşaq evə buraxılıb, hazırda vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq müvafiq psixoloji yardım göstərilib. Məktəblərdə valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması məktəb rəhbərliyi tərəfindən daim tövsiyə olunur".

Məktəbdən qeyd dilib ki, hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb.

Məqalədə : dərman zəhərlənməsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
90

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
365

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
2154
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 16:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru