Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
12:13
585
Beynəlxalq Valyuta Fondunun rəhbəri Qazaxıstana gedəcək

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristin Laqard mayın 16-da Qazaxıstana səfər edəcək. FaktXəbər bildirir ki, bu barədə ölkənin Milli Bankının mətbuat xidməti məlumat yayıb.

Kristin Laqard Astana İqtisadi Forumu və hərtərəfli inkişaf üçün iqtisadi siyasət tədbirləri mövzusunda regional dəyirmi masada iştirak edəcək.

Dəyirmi masada baş nazir Askar Mamin, Milli Bankının sədri Yerbolat Dosayev, Qafqaz və Mərkəzi Asiya ölkələri, Monqolustan və Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin mərkəzi bank və maliyyə nazirlərinin rəhbərləri, beynəlxalq maliyyə qurumları və akkreditə olunmuş səfirliklərin nümayəndələri iştirak edəcəklər.

Tədbir zamanı regionda mövcud iqtisadi vəziyyət, davamlı və əhatəli iqtisadi artımın təmin edilməsinə dair tədbirlərin müzakirəsi planlaşdırılır.

Dəyirmi masa iştirakçıları aşağıdakı məsələlər üzrə fikir mübadiləsi aparacaqlar:

"Maliyyə sektorunun möhkəmləndirilməsi və bankların maliyyə resurslarınının kifayət qədər mövcudluğunu təmin etmək üçün biznes modellərini necə dəyişməsi;

Özəl sektorun fəaliyyətini stimullaşdırmaq, iqtisadiyyatı diversifikasiya etmək və yeni iş yerləri yaratmaq üçün biznes mühitinin yaxşılaşdırılması;

İdarəetmə sisteminin təkmilləşdirilməsi və dövlət orqanlarının inzibati effektivliyinin artırılması".

Tədbirin sonunda BVF-nin icraçı direktoru Qazaxıstan və xarici mətbuat nümayəndələri üçün brifinq keçirəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
13

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
40

SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

21

May
15:33
NƏQLİYYAT
53

Kiloqramın etalonu rəsmən dəyişdi

21

May
15:25
ELM / TƏHSİL
133

"AzAlternativEnerji"nin zərəri artıb

21

May
14:55
İQTİSADİYYAT
74
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 18:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru