Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
11:00
1081
Həm günahkar, həm haqlı - VİDEO

Hər gün yüzlərlə qayda pozuntuları ilə rastlaşırıq. Nədənsə sürücülərimizin əksəriyyəti bu qayda pozuntularını ictimailəşdirməkdən, polisə məlumat verməkdən çəkinirlər, bunu xəbərçilik kimi qəbul edirlər. Amma unudulan bir şey var: qayda pozan sürücülər cəzasızlıqdan yararlanaraq bu əməllərini davam etdirir və sonradan kimlərinsə ailə faciəsinə, külli miqdarda zərərə düşməsinə səbəb olurlar.

Dünən paytaxt Bakının Nizami rayonu Mikayıl Əliyev küçəsində baş verən qayda pozuntusunun iştitakçısı olan sürücü də məhz belələrindəndir. Mikayıl Əliyev küçəsi ilə hərəkət edərək Mehdi Abbasov küçəsindəki kəsişmədəki dairəyə daxil olan 99-KF-784 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı mikroavtobusu idarə edən sürücü dönmə işığını qoşmayaraq "Koroğlu" metrostansiyası istiqamətində hərəkətini davam etdirir. Daha sonra isə sağ hərəkət zolağından qəfil şəkildə sol zolaqla hərəkətdə olan avtomobil qarşısına çıxır, qəza şəraiti yaradır.

FaktXəbər olaraq sürücülərə bildiririk ki, maşınlarına video regist quraşdırsınlar və gün ərzində rastlaşdıqları qayda pozuntularını ictimailəşdirsinlər, Dövlət Yol Polis idarəsinə göndərsinlər. Bunu nə qədər fəal şəkildə həyata keçirsək, yollardakı qəzaların, insan tələfatlarının sayı da bir o qədər aşağı düşəcək. Belə sürücülər cəzalandırılmayacağı müddətdə, günahkar olduqlarına baxmayaraq özlərini haqlı biləcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
80

Qohum evliliklərin gətirdiyi bəlalar

23

May
11:11
MÜNASİBƏT
1647
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 15:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru