Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
08:30
548
`Çelsi` və `Arsenal` Bakıya gəlir - VİDEO

2018/19-ci illər Avropa kubokları mövsümü tarixə bir ilk kimi düşüb. İlk dəfə olaraq həm Çempionlar Liqası, həm də Avropa Liqasının finalında bir ölkənin təmsilçiləri üz-üzə gələcək.

Mayın 29-də Bakıda keçiriləcək Avropa Liqasının final matçında "Çelsi" və "Arsenal" qarşılaşacaq.

Belə ki, "Arsenal" komandası yarımfinalda İspaniya "Valensiya"sını üstələyib. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan Unay Emerinin baş məşqçi olduğu kollektiv səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2. "Arsenal"ın qollarından 3-nü Pyer Emerik Obameyanq, digərini Aleksandr Lyakazett vurub. "Valensiya"dan isə bu gün 32 yaşı tamam olan Kevin Qameyro fərqlənib.

Avropa Liqasında ikinci finalçısı isə "Çelsi" olub. "Zadəganlar" yarımfinalda Almaniya "Ayntraxt"ı ilə həm səfər, həm də ev matçını 1:1 hesablı heç-heçə ilə başa vurub. Əlavə vaxtda da nəticə dəyişmədiyi üçün qalib penaltilər seriyası ilə müəyyənləşib.

Bu zaman "Çelsi"dən Sezar Aspilikueta, "Ayntraxt"dan isə Martin Hinteregger və Qonsalo Pasiensia dəqiq olmayıb. Nəticədə London komandası 4:3 hesabı ilə qələbə qazanaraq, həlledici görüşdə iştirak hüququna yiələnib.

İyunun 1-də Madriddə (İspaniya) keçiriləcək Çempionlar Liqasının finalında isə "Tottenhem" və "Liverpul" üz-üzə gələcək.

İngiltərə çempionatında sona bir tur qalmış "Liverpul" 2-ci, "Çelsi" 3-cü, "Tottenhem" 4-cü, "Arsenal" isə 5-ci pillədə qərarlaşıb.

Birinci yerdə gedən "Mançester Siti" Çempionlar Liqasının ¼ final mərhələsində "Tottenhem"ə məğlub olub.

Məqalədə : Çelsi Arsenal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
152

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
80

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
109

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
152

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
185

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
176

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
729

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
545
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 18:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru