Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2019
17:52
308
AFFA `qara bazar`da bilet satanlara xəbərdarlıq etdi

AFFA Avropa Liqasının final matçı üçün nəzərdə tutulan biletləri “qara bazar”da satmaq istəyən şəxslərə xəbərdarlıq edib. Milli Assosiasiyadan FaktXəbər-ə verilən məlumata görə, biletlərin “qara bazar”a çıxarılması və təkrar satışı qəti qadağandır.

Bu cür hallar baş verəcəyi təqdirdə, satışa çıxarılmış biletlər dərhal etibarsız hesab olunaraq blok ediləcək. Həmçinin bileti satmaq üçün əldə etmiş şəxs 5000 manat məbləğində cərimə olunacaq.

“Qara bazar”dan alınmış biletlə stadiona daxil olmaq istəyən şəxslər isə kompensasiya ödənilmədən stadiona buraxılmayacaq.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ilkin mərhələdə satılıb. Həmçinin dəyəri 890 avro olan “Qızıl” və 690 avroluq “Gümüş” paketlərin hamısı alınıb. Təşkilat Komitəsi mayın 2-də daha 5000 bileti satışa buraxıb. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 manat (30 avro) dəyərindədir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər.

Məqalədə : Avropa Liqası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1328

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
166

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
120
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 03:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru