Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2019
14:53
Abşeronda silahla gəzən şəxs həbs olunub

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, Baş İdarəyə İmişli sakini Rafiq Əhmədovun üzərində qanunsuz olaraq odu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Abşeron rayonu ərazisində polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Zəfər” markalı tapança, 1 ədəd sandıqça və 10 ədəd patron aşkar olunaraq götürülüb.

R.Əhmədov ifadəsində tapançanı tanışı Samir adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Yasamal rayon sakini Samir Həsənov da saxlanılaraq istintaqa təqdim edilib. S.Həsənov ifadəsində silahın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb. Barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Məqalədə : Abşeron 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
135

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
206

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
197

Sabaha gözlənilən hava açıqlandı

22

Aprel
13:30
ÖLKƏ
248

Lukaşenko Rusiyada

22

Aprel
12:45
DÜNYA
240

Çin Putinin təklifini dəstəklədi

22

Aprel
12:32
DÜNYA
358

Nazirliyin vəzifəli şəxsi həbs edildi

22

Aprel
12:18
HÜQUQ,HADİSƏ
447
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 02:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru