Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2019
14:44
997
İlanların həyatını qurtaran bu orqan insanda da var, amma…

FaktXeber.com olaraq bu gün sizlərə xüsusi qoxlama orqanı olan Yakobson barədə danışacağıq.  İnsanın burun sümüyünün altında olmasına baxmayaraq, fəaliyyətini itirmiş  bu orqan ilan kimi canlılarda həyat qurtarır. 

Burunda yerləşən Yakobson feromonu təsbit edən xüsusi iybilmə orqanıdır

Qeyd:  məməlilər və xüsusilə kiçik orqanizmlərdə bir-biri ilə əlaqə saxlamaq məhz feromon adlanan kimyəvi maddələr ifraz etməklə mümkün olur. Əksər heyvanlar ətraf mühitə feromonlar ifraz edir. Bu isə eyni növdən olan heyvanların bir-biri ilə əlaqə saxlamağına imkan verir.). Əslində heyvanların  iybilmə duyğusunun çox inkişaf etməsinə səbəb də elə belə bir özəlliyə sahib olmasıdır.

Yakobson orqanı əksər canlılarda var, lakin biz ilanlarda bunun necə işlədiyi barədə məlumat verəcəyik.

Yacobson ilanlarda damaqlarda yerləşir və iybilmə  duyğularını gücləndirir. Belə ki, bu sürünən haça dili ilə havadakı qoxu molekullarını toplayır, sonra dillərini  damaqlarındakı bu orqana sürtür. Nəticədə ovlarının  qoxularını alır, bunula da onların yerlərini, vücud temperaturlarını öyrənirlər. Vücud temperaturlarını öyrəndikdən sonra isə ovuna qədər olan məsafəni müəyyən edirlər.

Bu orqanın başın hər iki  tərəfinə uzanan  iki otaqcığı var. İstiqanlı heyvanlar hərəkətsiz olduqda belə, termal enerji yayırlar. İlanın beyni bu orqanın sayəsində ovunun yerini müəyyənləşdirir.

Qeyd edək ki,Yakobson orqanı insanda da var, amma bu gün o, öz funksiyasını itirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
84

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1343
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 07:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru