Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2019
11:42
1060
Problemli kreditinə görə yeni kredit götürə bilməyənlər nə etməlidir?

Problemli kreditlərin restruktizasiya edilməsi üçün Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin iştirakı ilə vahid kredit müqaviləsi forması hazırlanıb.

Bunu AzTV-nin "Günün nəbzi" verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.

"Vahid müqavilə restruktizasiya prosesinin sürətli olmasına imkan verəcək", - deyə o qeyd edib.

Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, yeni və güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanması vətəndaşların kredit tarixçəsinin də tədricən yaxşılaşmasına da imkan yaradacaq:

"Əgər restruktizasiyadan sonra vətəndaş vaxtında ödəniş edərsə, bankın ona yönəlmiş bu aktivi yaxşılaşmağa başlayacaq və tədricən problemli siyahıdan çıxaraq borcalan üçün də kreditə əlçatanlıq imkanlarını yaxşılaşdıracaq. Yəni kredit tarixçəsi vətəndaşın ödəniş qabiliyyətini göstərir və ödənişlər barədə bütün məlumatlar ümumi bazada toplanılır. Tarixçəni yaxşılaşdırmanın yeganə yolu ardıcıl ödəniş etmək və ödəniş qabiliyyətinin yaxşılaşdığını kredit təşkilatlarına sübut etməkdir. Son nəticədə maliyyə qurumları həmin şəxsə yenidən kredit verməkdə maraqlı olacaqlar. Bunun üçün də kifayət qədər imkan mövcuddur. Çünki restruktizasiya nəticəsində yeni kreditlər olduqca yüngül şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Hesab edirik ki, bu şərtlərlə ödəniş etməyə vətəndaşların imkanları var və onlar vaxtında ödəniş edərək kredit tarixçələrini yaxşılaşdıracaqlar".

Məqalədə : Problemli kredit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
85

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1345
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 07:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru