Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2019
11:03
247
Bayram Səfərov: Beynəlxalq təşkilatlar ermənipərəst mövqe nümayiş etdirir

"Bu gün Ermənistan heç bir məsələyə təsir edəcək gücdə deyil. Onlar öz başlarının hayına qalıblar."

FaktXəbər-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib: "Ermənistan hələ öz başına çarə qılsın. Bu illər ərzində erməni xalqının başına gələn müsibətlər, aclıq aradan qaldırılsın, dünyanın inkişaf etdiyi bir zamanda şəraitlərini düzəltsinlər, sonra Qarabağ barədə iddiada olsunlar. Bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır."

Bayram Səfərov həmçinin bildirib ki, ermənilər danışıqlar prosesinin uzatmaqla işğalı unutdurmaq istəyir, bununla da Dağlıq Qarabağı erməniləşdirmək istiqamətində işlər görürlər: “Lakin onlar öz niyyətlərinə çatmayacaqlar. Baxmayaraq ki, beynəlxalq təşkilatlar ermənipərəst mövqe nümayiş etdirir,  amma Şuşa və digər Azərbaycan torpaqlarının Ali baş komandanın rəhbərliyi altında işğaldan azad olunacağı gün uzaqda deyil”.

Məqalədə : Şuşa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
412

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
92
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 15:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru