Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2019
15:45
970
Burun ətinin fəsadları - eşitmə zəifliyi, bronxit, astma...

Burun əti - adenoid ilə bağlı problemlər əsasən uşaqlarda rast gəlinir. 1-2 yaşından etibarən həddi-buluğ yaşına çatana qədər uşaqlarda belə hallar müşahidə olunur.

Adenoid burun tənəffüsünün pozulmasına gətirib çıxarır. Əsas şikayət bundan ibarət olur. Bundan başqa, xoruldamaq, narahat və ağzıaçıq yatmaq kimi şikayətlərə də rast gəlinir. Adenoidin də dərəcələri var. Əgər uşaqlarda narahatlıq aylarla, illərlə davam edirsə, bu artıq əməliyyata göstəriş ola bilər. Biz klinikada adenotomiya əməliyyatını müasir endoskopiya üsulu ilə icra edirik. Əməliyyat təxminən yarım saat çəkir və nəticələri müsbətdir. Azərbaycanda burun ətlərinin kəsilməsi əməliyyatları kifayət qədər geniş yayılıb. Lakin bu əməliyyata barmaqarası yanaşmaq olmaz. Yalnız göstəriş olduğu halda adenoidlərin kəsilməsinə qərar vermək lazımdır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib. 

Lor cərrah, həmçinin deyib: "Adenoidlər burun tənəffüsünü pozduğu üçün bədən kifayət qədər oksigen almır. Ağızla nəfəs aldıqdan sonra udlaq badamcıqları qıcıqlanır və onların iltihabına - tonzilitlərə gətirib çıxarır. Bu hal davamlı olarsa, bronxit, hətta astmaya da səbəb ola bilər. Bədənin konsentrasiyası kifayət qədər keyfiyyətli hava ilə nəfəs ala bilmədiyinə görə pozulur.

Burun əti adətən eşitmədə də problemlər yaradır. Çünki bu hal orta qulağın havalanmasının qarşısını alır, nəticədə təbil pərdəsinin arxasında yığılan maye axaraq kanal vasitəsilə buruna tökülə bilmir, orada qalır və bu isə eşitmə azlığına gətirib çıxarır. Nəticədə uşağın nitqində problemlərə səbəb olur.

Klinikada bu yaxınlarda "paratensentiz" adlanan əməliyyat icra edilib. Bu zaman qulaqda təbil pərdəsində dəlik açaraq onun arxasındakı maye xaric olunub. Həmin əməliyyat eşitmənin və nitq inkişafının düzəlməsinə kömək edir".

Həkim valideynlərə uşaqların tənəffüs və eşitmədəki şikayətlərinə diqqətlə yanaşmağı və vaxtında mütəxəssisə müraciət etmələrini məsləhət görür.

Məqalədə : Burun əti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1328

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
166

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
120
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 03:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru