Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2019
15:42
1022
Sumqayıtda top mərmiləri tapılıb

Sumqayıt şəhərində xeyli sayda top mərmisi aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən FaktXəbər-ə verilən xəbərə görə, mayın 7-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.  Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 26 ədəd tərkibində müxtəlif miqdarda partlayıcı maddə olan top mərmilərinin qalıqları (5 ədəd 76 mm-lik top mərmisi (OF-350) və 21 ədəd 85 mm-lik  top mərmisi (O-365)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə : Sumqayıt top mərmiləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
86

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
969

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1138

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
936

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
964

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
438

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
918

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
935
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 20:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru