Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2019
12:57
246
`Hündür binaların tikintisi Bakının arxitektura nümunələrinə mənfi təsir göstərir`

"Məqsədimiz Bakının Baş Planının hazırlanması işində müxtəlif uğurlu nəticələri tətbiq etməkdir".

Bunu Bakının Baş Planının hazırlayan “AS+P” beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares bu gün Bakıda Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Bakının şəhərsalma inkişafına həsr olunmuş plenumunda çıxışı zamanı bildirib.

Şirkət rəsmisi qeyd edib ki, son 20 ildə şəhər əhalisi 26% artıb: "Baş Planın hazırlanmasında çətinliklər və həlli vacib məsələlər var. Onları həll etmək mümkündür. Hökumət səviyyəsində şəhərin inkişafına resurslar cəlb edilib. Yenə də müxtəlif problemlərlə üzləşirik".

Onun sözlərinə görə, hündürmərtəbəli binaların tikintisi, müxtəlif ərazilərin zəbt edilməsi yeni yanaşmalar tələb edir: "Bu proseslər şəhərin sosial və arxitektura nümunələrinə mənfi təsir göstərir. Bu gün Baş Planın hazırlanmasında şəhərin çirklənməsi ilə bağlı problemləri də düşünməliyik. Baş Planın hazırlanmasında BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan Dayanıqlı İnkişaf Konsepsiyasının tətbiqi çox vacibdir".

Yoaxim Şares əlavə edib ki, Baş Planın hazırlanmasında “AS+P” şirkəti Dövlət Layihə İnstitutu ilə birgə çalışacaq. "Həmçinin, beynəlxalq şirkətlər də kənardan dəstək göstərəcəklər", - Yoaxim Şares bildirib.

Məqalədə : Bakının baş planı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

17 yaşlı oğlanda 18 sm quyruq aşkarlanıb - FOTO

21

May
14:23
AİLƏ, SAĞLAMLIQ
63

Motosiklet oğrusu tutuldu - FOTO

21

May
14:16
HÜQUQ,HADİSƏ
71

Sabahın hava proqnozu açıqlanıb

21

May
13:44
ÖLKƏ
49

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
64

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
766

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
73

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
42
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 14:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru