Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2019
12:35
246
Cavid Qurbanov: Bakı-Tbilisi-Qarsın sınaq mərhələsi bitib - VİDEO

Bakı-Tbilisi-Qars sərnişin qatarı yaxın vaxtlarda istifadəyə veriləcək. Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Rusiya dəmir yolları idarələri arasında əməkdaşlıq çərcivəsində keçirilən görüşdə bildirib. Onun sözlərinə görə, bu istiqamətdə işlər son mərhələdədir.

Cavid Qurbanov həmçinin bildirib ki, Bakı-Maxacqala sürət qatarının da istifadəyə verilməsi istiqamətində danışıqlar gedir. Danışıqların əsas mövzusu gömrükdə sərnişinlərin yubanmadan keçməsidir. Bu məsələ tam həllini tapdıqdan sonra sürət qatarının istifadəyə verilməsi mümkün ola bilər.

Rusiya "Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov isə Azərbaycan ilə əməkdaşlığın Rusiya üçün önəmli olduğunu bildirib. O, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun Rusiyaya verə biləcəyi faydalardan da danışıb.

Görüş çərcivəsində ilk öncə ikitərəfli müzakirələr aparılıb. Daha sonra isə Azərbaycan və Rusiya dəmir yolları idarələri arasında əməkdaşlığın inkişafı barədə memorandum imzalanıb. Memorandum Avrasiyadakı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal nəqliyyat şəraitinin təmin edilməsi məqsədilə koordinasiyalı siyasət həyata keçirilməsinə yönəlib.

Məqalədə : Bakı Tbilisi Qars 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
73
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 17:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru