Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2019
09:15
481
Magistraturaya qəbul üçün proqram seçimi bu gün başa çatır

Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Faktxeber.com-a verilən məlumata görə, bakalavrlar günün sonunadək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bu il fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. 

Bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 7-si saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 26 may 2019-cu ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
75
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 17:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru