Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2019
18:52
241
`Neftçi` - `Qarabağ` matçında bombardir müəyyənləşəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün bitməyinə bir tur qalmış medalçılar məlum olsa da, bombardirlik yarışında ikitirəlik davam edir. 

“Neftçi”dən Baqali Dabo, “Qarabağ”dan Mahir Mədətov hərəyə 14 qolla liderliyi bölüşdürür. 

Peşəkar Futbol Liqası çempionatın sonunda zirvədə iki və daha artıq futbolçu olacağı halda ən çox qol vuran oyunçunun müəyyənləşmə qaydasına aydınlıq gətirib. Belə hal baş verəcəyi təqdirdə, ən az oyun keçirən, ən az penaltidən yararlanan və ən çox məhsuldar ötürmə edən oyunçu bombardir olacaq. 

Son turda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Bu qarşılaşmaya qədər Dabo 25, Mədətov 26 görüşdə meydanda olub. Fransalı oyunçu bir dəfə penaltidən fərqlənib. Beləliklə, əgər son tur hər iki futbolçu qarşılaşmada iştirak etsə və heç biri fərqlənməsə (və ya eyni sayda fərqlənsə), Dabo ardıcıl ikinci dəfə Premyer Liqanın ən məhsuldar oyunçusu seçiləcək.

Azərbaycan millisinin hücumçusu görüşdə iştirak etməsə, Dabo isə iştirak edib fərqlənə bilməsə, oyun sayı bərabərləşəcək. Bu halda “flaqman”ın üzvü bir dəfə penaltidən fərqləndiyinə görə zirvəni yerli futbolçuya təhvil verməli olacaq. Beləliklə, Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün sonuncu mərkəzi qarşılaşması bombardirin müəyyənləşməsi cəhətdən həlledici olacaq.

Qeyd edək ki, “şəriklər”in ən yaxın izləyicisi, “Qəbələ”də çıxış edən Ceyms Adeniyi bu mövsüm 10 dəfə fərqlənib.

Məqalədə : Bombardir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1328

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
166

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
120
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 03:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru