Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 May

2019
17:40
505
İLK DƏFƏ oruc tutanlar üçün

"Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz. (Bəqərə surəsi, ayə 183)

Niyyət

İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; «sabah oruc tutacağam» deyərək niyyət etməsi şərt deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəçilik və Onun əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.

Oruc İslamda vacib əməllərdən biridir. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğrib azanınadək orucu batil edən işlərdən çəkinir.

Orucu nələr batil edir?

Doqquz şey orucu batil edir: 

1. Yemək və içmək;

2. Cima (cinsi yaxınlıq); 

3. İstimna (özündən məni xaric etmə); 

4. Allahın, peyğəmbərin və peyğəmbər canişinlərinin adından yalan danışmaq; 

5. Hülqümə qatı toz və tüstünün yetişməsi; 

6. Başı bütövlüklə suya batırmaq; 

7. Sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslünün verilməməsi; 

8. Axıcı şeylərlə imalə etmək; 

9. Qusmaq.

Oruc tutmaq kimlərə vacib deyil?

Dörd halda oruc tutmaq vacib olmur:

1. Qocalıq və məşəqqət səbəbindən;

2. Susuzluqdan əziyyət çəkən xəstələr;

3. Hamiləliyin son dövründə olan qadının tutacağı oruc özünə və hamiləliyinə zərər olduqda;

4. Uşaq əmizdirən və südü az olan qadınlar;

Ayın əvvəli hansı yolla təyin olunur?

Ayın əvvəli beş yolla təyin olunur: 

1. İnsan özü ayı görsə; 

2. Bir qrup şəxsin ayı görmək xəbəri yəqinlik yaradarsa (yəqinlik yaradan istənilən bir şey); 

3. İki adil kişi ayı gördüklərini desələr; 

4. Aydan otuz gün keçmiş olsa; 

5. Şər’i hakim ayın başlaması barədə hökm versə.

Oruc tutmaq nə vaxtlar vacibdir?

Ramazan ayında, eləcə də nəzir, əhd və and səbəbi ilə oruc tutmaq vacibdir.

İftar vaxtında oxunan dua:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl- məğfirəti iğfir li.”

İlahi, Sənə xatir oruc tuturam, Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm. Ey mərhəməti çox olan Allah, məni bağışla.

Ramazan ayında hər vacib namazdan sonra oxunan dualar: 

“Ya əliyyu ya əzim, ya ğəfuru ya rəhim, əntər-Rəbbul-əzim, əlləzi ləysə kəmislihi şəy və huvəs-səmiul-bəsir və haza şəhrun əzzəmtəhu və kərrəmtəh və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur və huvəş-şəhrul-ləzi fərəztə siyaməhu ələyy və huvə şəhru Rəməzan, əlləzi ənzəltə fihil-Quran, hudən lin-nasi və bəyyinatin minəl-huda vəl-furqan və cəəltə fihi ləylətəl-Qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh, birəhmətikə ya ərhəmər-rahimin.”

Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzəri yoxdur, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən və o Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin ramazan ayıdır və o ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni Cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi. 

“Əllahummə ədxil əla əhlil-quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi kullə cai. Əllahumməksu kullə uryan. Əllahumməqzi dəynə kulli mədin. Əllahummə fərric ən kulli məkrub. Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir. Əllahummə əslih kullə fasidin min umuril-muslimin. Əllahumməşfi kullə məriz. Əllahummə suddə fəqrəna biğinak. Əllahummə ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəd-dəyn və əğnina minəl-fəqr, innəkə əla kulli şəyin qədir.”

İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acları doydur. İlahi, libası olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərində fəsad törədənləri islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, Sən hər bir şeyə qadirsən.

Məqalədə : oruc Ramazan ayı iftar imsaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
81

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1341
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 06:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru