Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2019
20:09
1678
Azərbaycan və Türkiyə generalları birgə hərbi təlimləri izləyiblər - VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.

Müdafiə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, mayın 3-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri general-leytenant Veli Tarakçının rəhbərliyi ilə nümayəndə heyətləri təlimlərin son mərhələsini izləyiblər.

Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.

Birgə təlimlər müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
73
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 17:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru