Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2019
17:42
291
Nazir müavini: `Azərbaycanda 6700 uşaq evdə təhsil alır`

“Azərbaycanda, təxminən, 70 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var”.

Bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, həmin uşaqlardan 10 minə yaxını ümumtəhsil pilləsində təhsil alır.

İ.İsayevin sözlərinə görə, ölkə üzrə sağlamlıq imkanları məhdud olan uşaqlardan 6700 nəfəri evdə təhsil alır: ”Çünki onların təhsil müəssisəsinə gəlib-getmə imkanları yoxdur. Eyni zamanda, təxminən, 4700 uşaq xüsusi təhsil müəssisələrində və inteqrasiya təlimli təhsil müəssisələrində təhsil alır. Bunların da müəyyən bir qismi ümumtəhsil müəssisələrində oxuyurlar. Biz bu uşaqların daha çox ümumtəhsil müəssisələrində təhsil almasına önəm veririk, çünki onların həmyaşıdları ilə birlikdə təhsil alması daha məqsədəuyğundur”.

O qeyd edib ki, hazırda ümumtəhsil pilləsində sağlamlıq imkanları məhdud olan uşaqların təhsil aldığı 86 sinif mövcuddur.

Nazir müavini əlavə edib ki, dünya əhalisinin 15 faizi əlildir: “Ümumilikdə, 14 yaşına qədər uşaq və yeniyetmələrin sayı 93 milyona yaxındır”.(Report)

Məqalədə : Nazir müavini Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 22 nəfərə buynuz qişa köçürülüb

20

May
12:57
AİLƏ, SAĞLAMLIQ
29

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1060

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
49
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 13:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru