Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2019
15:44
740
Balıqartırma zavodları özəlləşdiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə açıq elan olunacaq. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə deyib.

İ.İbrahimovanın sözlərinə görə, artıq bununla bağlı Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Komitəsi ilə lazım olan yazışmalar aparılır:

"Bununla bağlı yaxşı, maraqlı təklifləri, biznes planları olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Azərbaycanda balıqçılığın inkişafı üçün potensial var. Balıqartırma zavodlarının özəlləşdirməyə açıq elan olunmasında məqsəd ölkədə balıq bolluğu yaratmaqdır:

"ETSN olaraq, biz maraqlıyıq ki, hər kəsin süfrəsində insan sağlamlığı üçün çox önəmli qida olan balıq olsun. Sahibkarlar bu zavodları özəlləşdirməklə müasir standartlara uyğun balıq sənayesinin qurulmasına öz töhfələrini verəcəklər".

Məqalədə : Balıqartırma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
65

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
106
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 16:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru