Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2019
15:10
259
5 respublika əhəmiyyətli avtomobil yolu yenidən qurulur – Saleh Məmmədov

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) 2019-ci ilin I rübündə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

AAYDA-dan Faktxeber.com-a verilən məluata görə, İdarə Heyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində cari ilin son 3 ayı ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edildiyini bildirib.

S.Məmmədov vurğulayıb ki, Prezidentin tapşırıq və sərəncamlarınln icrası ilə əlaqədar olaraq tərtib edilmiş Tədbirlər Planına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu ilin I rübü ərzində uzunluğu 44.4 km respublika və yerli əhəmiyyətli avtomobil yolları, həmçinin 48.4 km Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub. Bundan başqa 1 yeni körpü tikilib, 5 körpü və 1 yeraltı piyada keçidi isə təmir olunub.

Onun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarının tikintisi məqsədilə Agentliyə ayrılmış vəsait hesabına 50 layihənin icrası davam etdirilir:

“Bunlardan 11 layihə Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarına 39 layihə isə Respublikamızın  kəndlərarası  avtomobil yollarına aiddir.

Daxili İnvestisiya və xarici kreditlər hesabına isə hazırda 5 respublika əhəmiyyətli avtomobil yolu yenidən qurulur, 1 yeni magistral yol inşa edilir, həmçinin 4 magistral avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması, genişləndirilməsi və bərpası işləri aparılır, Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərində yeni avtomobil körpüsü inşa edilir.

2019-cu ilin I rübü ərzində Xəzər rayonu Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintidən sonra, uzunluğu 20.5 km olan Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə (137 km)-Beyləqan avtomobil yolunun Prezident cənab İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılış mərasimləri keçirilib.

Açılış zamanı tikintisi başa çatdırılmış uzunluğu 39,4 km olan Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun  təqdimatı da keçirilib”.

Məqalədə : avtomobil yolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
66
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 16:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru