Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2019
11:43
İsrailin fələstinli uşaqları həbs etməsinə qarşı ABŞ-dan qanun layihəsi

İsrailin  fələstinli uşaqları həbs etmə müddətində ABŞ fondlarından istifadəsinə qarşı qanun layihəsi təqdim edib. FaktXeber.com-un məlumatına görə, qanun layihəsi  Minnesota  ştatının Nümayəndələr Palatasının demokratlardan olan üzvü  Betty McCollum  tərəfindən irəli sürülüb.

O, İsrail başda olmaqla, hər hansı bir ölkənin  ABŞ-dan aldığı fondları uşaqların həbsə salınmasında istifadəsinin qadağan olunması təklif edib.

Layihədə həmçinin İsrail ordusu tərəfindən həbs olunan uşaqların  fiziki və psixoloji müalicəsini və müalicə müddətini izləmək üçü Amerika, İsrail və Fələstinin mülki icmalarına ildə 19 milyon  dollar ayrılması fikri də irəli sürülüb. 

Sənəddə həmçinin fələstinli uşaqlara qarşı istintaq müddətində haqlarının pozulması və işgəncələrdən də bəhs edilib: "İordaniya çayının qərb sahilində sakin olan 2,9 milyon fələstinlinin 45 faizi  həyatı boyu İsrailin işğalı altında yaşamış 18 yaşına çatmayan uşaqlardır. 2000-ci ildən bəri 10 min fələstinli uşaq İsrailin hərbi məhkəmələrində ittiham olunub. İsrailin Konstitusiyasına görə, 12 yaşından aşağı uşaqların cəzalanması qadağan olunsa da, bundan da balaca olan minlərlə  uşaq uzun müddət həbs şəraitində sazlanılır".

McCollum qanun layihəsi ilə bağlı verdiyi açıqlamada  İsrailin uşaqları hərbi mühakimə sistemini - fələstinli uşaqları və ailələrini qorxutmaq, həmçinin terror etmək üçün layihələnmiş dövlət dəstəkli uşaq istismarı adlandırıb. O, İsrailin uşaqlara  qarşı qanun pozuntularını amerikalıların  verigiləri ilə maliyyələşdirilməsini çirkin addım adlandırıb.

Qeyd edək ki, aprelin 5-də Fələstinli Uşaqlar Günü ilə əlaqədar Fələstinli Məhbuslar Komitəsi İsrail zindanlarında saxlanılan fələstinli uşaqlarla bağlı hesabat yayıb. Sənədə əsasən hazırda İsrail həbsxanalarında 250 uşaq saxlanılır. Bu uşaqlar müxtəlif cür zorakılıq və təzyiqlərə məruz qalırlar, beynəlxalq hüquq və digər insan haqları prinsiplərilə uşaqlar üçün təsbit olunmuş hər cür hüquqlardan məhrum ediliblər.

Ümumilikdə, rejim 2000-ci ilin sentyabrında başlamış əl-Əqsa intifadasından bəri 10 minə yaxın fələstinli uşağı oğurlayıb və həbs edib. Qeyd edilir ki, yüzlərlə uşaq yetginlik yaşına həbsxanada qədəm qoyublar və onların bir çoxunun həbs müddəti qəsdən artırılıb. Bu uşaqlar əsasən İsrailin Ofer, Maciddo və Damun həbsxanalarında, bir qismi isə digər həbsxana və təcridxanalarda saxlanılır. Onların əksəriyyəti fiziki və psixoloji işgəncələrə məruz qoyulur, ən bəsit hüquqlarına belə əməl olunmur. Həbs edilmiş uşaqların əksəriyyəti gecə radələrində evlərinə edilmiş qəfil basqınlar zamanı tutulublar. Həbsxana və təcridxanalara aparılarkən döyülmə və şiddətli təzyiqlərə məruz qoyulublar.

Bu uşaqlar saxlanıldıqdan sonra dindirilmə zamanı, həmçinin ac və susuz saxlanılaraq etmədikləri əməlləri etiraf etməyə məcbur ediliblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzərdə zəlzələ baş verib

19

Fevral
17:44
ÖLKƏ
243

Xarici valyutaların manata qarşı məzənnələri

19

Fevral
17:31
İQTİSADİYYAT
254

Paytaxtın bu hissəsində su olmayacaq

19

Fevral
17:10
ÖLKƏ
385

"Azərişıq" 5 min manat cərimə edildi

19

Fevral
16:55
ÖLKƏ
303

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
309

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
342

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
360

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
392
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 08:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru