Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2019
15:38
1408
Necə oldu ki, camaatın əksəriyyəti din təhsilinə razı deyil?

Azərbaycanda nə oldu ki, dindar (oxu: dini ayinləri aşkar şəkildə yerinə yetirən və həyatını onun qanunları əsasında nizamlayan) ilə digər camaat (Azərbaycanın böyük hissəsi müsəlmandır deyirlər. Lakin ibadət əhli inanmıram ki, 10 faizə çatsın) uçurum yarandı? Necə oldu ki, camaatın əksəriyyəti din təhsilinə razı deyil? Əlbəttə ki, mənim də buna tərəddüdlərim var.

Bu o zaman oldu ki, bir zaman adi "namaz qılıram" sözü qızıl bilet idi. Kimin əlində var idisə, başlar üzərində gəzirdi. Lakin sorğulamağa icazə vermirdilər. Bu gün də "bizdəndir, işin olmasın" adı ilə bu tendensiya gedir. Bunun kökü Peyğəmbərin vəfatından sonraya gedir. Bədr əhlidir, Hüdeybiyyədə olub, Peyğəmbər səhabəsidir - adı ilə heç cür sorğulamağa qoymadılar insanları. Peyğəmbərin canişinidir adı ilə insanları çapıb taladılar. Hər addımlarına fəth, "İslamın zəfəri" adını qoydular. 

Bir dəfə axunda sual verdilər ki, hacı, bəs filan Məşhədi məsciddən çıxıb, filan nadürüst əməl etdi. Axund dedi ki, siz ona "Məşhədi" deyib, səlahiyyət vermisiniz. Halbuki adi insan kimi baxmalı idiniz.

Keçən dəfə bir məclisdəydim, tanınmış bir məddah gəldi. Elə abırsızcasına, ədəbsiz oturdu, basıb yedi, sağolsuz-zadsız çıxıb getdi. Niyə? Çünki Əlidən oxuyur. Əlidən oxuyana can qurban.

Bir neçə il əqdəm, bir məclisdəydim. Kənan MM gəldi. Hamı ona ağız əydi. Çıxdı səhnəyə, camaatı danladı. Sonra Əlidən şeir oxudu. Az qala əlini öpürdülər. Bəli, bu adamlar Sahil metrosunun içində İmam Əlinin kəlamının yazılmasına görə hər şeyi silib ata bilirlər. 

Əsas məsələ budur ki, biz bu mərhələni keçirik. Artıq camaat bilir ki, hər namazqılan məsum deyil.

Rusiyada bir din xadimi var idi. Bir xanım ondan soruşurdu ki, mən örtünmək istəyirəm. Amma rəfiqələrimin ələsalmasından qorxuram. Din xadimi ona dedi ki, fitneslə məşğul ol, zövqlə geyin, elm öyrən. Qoy camaat görsün ki, seçimin səni müsbətə doğru dəyişib.

Nə qədər köhnə valı fırlatmaq olar ki, Nəsrəddin Tusi belə, Füzuli elə. Bir şair demişkən, bir adam ki, 500 ildən çoxdur özünü inhisara salıb, onunla nə etmək olar? Hanı indiki tusiləriniz? İslam alimi kimi təqdim etdiyiniz alimlərin əksəriyyəti Abbasilərin dəstəyilə o səviyyəyə çatıblar. Götürək Xarəzmini. Sıfırı və Cəbri elmə daxil edənlərdəndir. Amma Məmunun dəstəyilə edib. Saray alimi olub. Bəyənmədiyiniz abbasilərin və sarayın adamı.

Nə qədər ki, dindar dedikdə orta təhsilini güclə başa vuran, əsgərlikdə olmayan, həyatını məscid-ev marşrutu ilə məhdudlaşdıran, səyahət dedikdə ilk ağlına Məşhəd, Kərbəla gələn, qara rəngə üstünlük verən insan zehinə gəlirsə, camaat kənar gəzəcək. Ərəbistandan bu yana din yalnız doqmatik üslubda gəlib çatıb "Ya mən deyəndir, ya da özündən küs". Təsəvvür edin ki, bir ilahiyyatçı toya gəlmək üçün bütün musiqi alətlərini oradan çıxartdırır, camaatın əhvalını təlx edir, camaat nə etsin? Sənin inancına görə deyilsə, gəlmə. Pul göndər. Vəssalam.

Əlbəttə ki, istisnalar var. Hamı elə deyil. Yenə də bir sual ortaya çıxır: Din həqiqətən də, orta əsrlərdə olandır, yoxsa zamanla müasirləşə biləndir? Bax illərdir ki, camaat bu məsələni çözə bilmir. Bilmir ki, bilmir.

Fərid Abdullah

araşdırmaçı-motivator

Məqalədə : Fərid Abdullah 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
63

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 16:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru