Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2019
14:47
600
Assanca hökm oxundu

FaktXeber.com-un məlumatına görə, London məhkəməsi Assancı 50 həftə müddətinə azadlıqdan məhrum edib. Hökm zəmanətlə buraxılma şərtinin pozulması ilə əlaqədar oxunub.

Wikileaks-in yaradıcısı hökm oxunmazdan əvvəl vəkilləri vasitəsi ilə törətdiyi əməlinə görə təəssüfünü bildirib.

21-ci əsrin ən qalmaqallı personalarından biri sayılan “WikiLeaks”ın qurucusu Culian Assanc ABŞ-ın gizli diplomatik yazışmalarını bütün dünyaya faş edib. O, 2006-cı ildə Amerika hərbi qüvvələrinin İraqda keçirdiyi qanunsuz əməliyyatları ifşa etmiş, helikopterlə keçirilən əməliyyatlardan biri zamanı 18 mülki vətəndaşın güllələnərək öldürüldüyünü nümayiş etdirmişdi. Culian Assanc ona məxsus gizli teletaypları açıqladığı üçün Amerika Birləşmiş Ştatlarının qəzəbinə gəlib. Məlumatın mediaya sızması Amerika hökumətinin imicinə ağır zərbələrdən biri hesab edilir.

2014-cü ilin noyabrında isə C.Assancın qiyabi şəkildə apelyasiya məhkəməsi baş tutub.Assanc Amerika hökumətinə məxsus məxfi sənədləri ifşa etməkdə və İsveçdə cinsi zorakılıq törətməkdə (o, özü bu ittihamı rədd edir) ittiham olunub. Assancın vəkili onun həbsinə dair qərarın ləğv edilməsi üçün apelyasiya məhkəməsinə müraciət etmişdi.İsveçdə keçirilən məhkəmə Assanc üçün uğursuz nəticə vermiş, hakimlər həbs qərarını ləğv etməmişdilər. Assanc 2012-ci ilin iyun ayından etibarən Böyük Britaniyanın paytaxtı Londonda Ekvadorun bu ölkədəki səfirliyində siyasi sığınacaq əldə edib.

2018-ci ilin yanvarında isə bəlli olub ki, Ekvador “WikiLeaks”in təsisçisi Culian Assancı ölkəsinin Londondakı səfirliyindən qovmaq niyyətindədir. Assanc Ekvador prezidenti Lenin Morenonu onun müttəfiqləri barədə yazdığı tvitlərlə qəzəbləndirib. Daha öncə isə məlum olmuşdu ki, Assanc Ekvator prezidentindən onu haker adlandırdığı üçün inciyib. Wikileaks portalının baş redaktoru bu cür xarakteristika ilə razılaşmayıb və özünün jurnalist olduğunu xüsusi vurğulayıb.

Məqalədə : Assanj Assanc Assange 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
144

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
285

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
248

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
77

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
46

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
79

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
55
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 00:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru