Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2019
14:39
738
Zakir Həsənov Türkiyəli həmkarı ilə görüşdü, birgə təlimlər keçirilib - VİDEO
Azərbaycan Türkiyədən müasir silahlar alacaq

Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

İstanbulda keçirilən "İDEF-2019" XIV beynəlxalq müdafiə sənayesi sərgisinə baş çəkən nazir bildirib ki, sərgidə müasir silah və avadanlıq nümayiş etdirilir: "Biz bu silahların bir qismini istifadə edirik, bir qismini isə Azərbaycan Ordusunda sınağa götürəcəyik və müxtəlif döyüş şəraitində sınaqdan keçirəcəyik. Bununla bağlı müzakirələrimiz oldu, razılıq əldə etdik". 

Z.Həsənov vurğulayıb ki, Azərbaycan hansı ölkədən silah alırsa, əvvəlcə onu ciddi şəkildə sınaqdan keçirir: "Bu sınaqlar 1-2 gün yox, ola bilsin, 6 ay, 1 il çəkir. Həmin silahları müxtəlif qoşun növlərində, fərqli hava şəraitində istifadə edib sınaqdan keçiririk, öz fikirlərimizi deyirik. Sonda ortaq bir fikrə gələndən sonra onu silahlanmaya qəbul edirik". 

Müdafiə naziri Azərbaycan və Türkiyənin hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə həyata keçirdiyi birgə layihələrdən də danışıb: "Bizim qardaş Türkiyə ilə birgə geniş layihələrimiz var. Bu gün icraatda olan və planlaşdırılan layihələrimiz də çoxdur. Bu sahənin məxfiliyini nəzərə alaraq, mən onların hamısı haqqında danışmaq istəmirəm. Yalnız onu vurğulamaq istəyirəm ki, bu gün Türkiyənin hərbi sənayesi güclü inkişaf edib və ən müasir texnologiyaları tətbiq edir. Təbii ki, Türkiyə öz təcrübəsini, naliyyətlərini Azərbaycanla bölüşür. Bu da bizim ordunun güclənməsinə kömək olur".

***

İstanbulda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də Türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb. Təlimlər hərbi əməkdaşlıq və birgə təlimlər çərçivəsində keçirilib.

Məqalədə : Zakir Həsənov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
62

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 16:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru