Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2019
10:34
306
`Şıxov ölkənin ikinci paytaxtı olmalı idi, amma...`
Paytaxt Bakının köçürülməsi gündəmə gələ bilərmi?

İndoneziya prezidenti Coko Vidodo ölkə paytaxtını Yava adasında yerləşən Cakartadan köçürmək qərarı qəbul edib.  Bu barədə İndoneziyanın inkişafı planlaşdırma naziri Bambang Brodjonegoro açıqlama verib: “Prezident paytaxtın Yavadan kənara köçürülməsi ilə bağlı qərar qəbul edib. Bu, olduqca önəmli qərardır” - deyə nazir Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Paytaxt Bakının da tez-tez köçürülməsi məsələsi gündəmə gəlir. Buna səbəb şəhərdə insan və avtomobil sıxlığının yaşanması, beynəlxalq tədbirlər zamanı ortaya çıxan çətinliklər göstərilir. Milyardlarla vəsait xərclənib yollar, körpülər çəkilsə də, faydası yoxdur. Bakıda sıxlıq açıq şəkildə hiss olunur. 

2014-cü ildə mediaya sızan məlumatlarda bildirilirdi ki, köhnə və yeni Bakının arasında sürət qatarı fəaliyyət göstərəcək. Bu gün Bakıdan Gəncəyə sürət qatarı fəaliyyət göstərir, ancaq paytaxt hələ də köçürülməyib. Layihəni ləngidən əsas səbəb manatın devalvasiyası göstərilir. Belə ki, manatın dollar qarşısında dəyər itirməsi bir çox meqalayihələrlə yanaşı, bu prosesi də ertələdi.

Köçürülmə olarsa nədən başlamaq lazımdır?

Ekspert Əzim Məsimov bildirib ki, hazırda məsələ bir o qədər də aktual deyil: “Çünki biz böyük dövlət deyilik. Məsələn, Qazaxıstan paytaxtını köçürüb, yenidən qurdu. Çünki bu dövlətin ərazisi Qərbi Avropanın ərazisindən böyükdür. Ona görə də paytaxt ölkənin mərkəzinə köçürüldü. Bakı üçün məsələ aktual deyil. Vaxtilə mənim də arzum var idi ki, şəhərin ikinci mərkəzini yaradaq. Bunun Şıxov laylasında  edilməsini düşünürdüm. Əlbəttə ki, belə olardısa, bütün əsas obyektlər həmin yerə köçəcəkdi və mərkəz boşalacaqdı. Lakin o zamankı merə bunu izah etmək mümkün olmadı. İndi Ələtə necə köçürmək olar? Ələtin normal vəziyyətə gəlməsi üçün 15-20 il lazımdır. Düşünürəm ki, Bakının bu ərazilərə köçürülməsi yersizdir. Hazırkı vaxtda paytaxt kimi Bakının olması daha məqsədəuyğundur. İndoneziyada paytaxtın köçürülməsinə ehtiyac vardı. Çünki ora da böyük ölkədir və məsələ aktualdır. Ölkədə həll olunası xeyli məsələ var. Böyük kütlə mövcuddur ki, onlar həyatlarından razı deyillər. İlk növbədə bunları yoluna qoymaq lazımdır. Bakıda hələ nə qədər köçürüləsi, qurulası ərazilər mövcuddur ki, orada işlər aparmaq olar”.

Onu da qeyd edək ki, qonşu ölkələrdə paytaxt köçürülməsi prosesi tarixən baş vermiş hadisədir. Belə ki,  1923-cü ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara elan edildi, İstanbul isə ölkənin əsas sənaye mərkəzi statusunu indi də daşımaqdadır. 1918-ci ildə Leninin təkidi ilə Moskva yeni paytaxt elan edildi, ancaq Sankt-Peterburq indi də Rusiyanın ikinci paytaxtı sayılır. 1998-ci ildə Nazarbayevin təklifi ilə Qazaxıstanın paytaxtı Astana elan edildi. Ancaq Almatı indi də ölkənin ən böyük şəhəridir. Bakı da bir neçə nazirliklərini “əldən verməklə” Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək, sadəcə, bu meqapolis izafi yükdən qurtulacaq.("Yeni Müsavat")

Məqalədə : Bakı Şıxov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"AzAlternativEnerji"nin zərəri artıb

21

May
14:55
İQTİSADİYYAT
49

Ramazan ayının salam gecəsi

21

May
14:41
RAMAZAN AYI
399

Hərracdan sonra manatın məzənnəsi dəyişməyib

21

May
14:37
İQTİSADİYYAT
1330

Sümüklərə zərər vuran gündəlik vərdişlər

21

May
14:34
AİLƏ, SAĞLAMLIQ
597

17 yaşlı oğlanda 18 sm quyruq aşkarlanıb - FOTO

21

May
14:23
AİLƏ, SAĞLAMLIQ
96

Motosiklet oğrusu tutuldu - FOTO

21

May
14:16
HÜQUQ,HADİSƏ
82

Sabahın hava proqnozu açıqlanıb

21

May
13:44
ÖLKƏ
55

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
68

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
772
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 15:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru