Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2019
09:54
1268
Əlavə qaz pulu ödənişləri əhaliyə qaytarılsın - EKSPERT

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb.

Bunu Tarif Şurasının aprelin 30-da keçirilən iclasından sonra iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda güzəştli tariflərdən əhalinin 85 faizi istifadə edəcək.

Məsələni şərh edən iqtisadçı-alim Qubad İbadoğlu isə bildirib ki, erməni kilsələrini qazla pulsuz təmin edən hakimiyyət nəhayət ki, azərbaycanlılara baha qiymətlə satılan qazın limitni 500 kub mert yuxarı qaldırıb. 

Q. İbadoğlu qeyd edib ki, istənilən halda qərarı təqdir edir: “Çünki iqtisadçıların əhaliyə satılan qaz lmitinin ləğvi ilə bağlı irəli sürdükləri təklifə gec də olsa reaksiya verildi: limit 1700 kubmetrdən 2200 kubmetrə qədər artırıldı. Bununla bağlı mən də dəfələrlə çıxış edərkən mövcud limitin problemlərindən bəhs etmişdim”. 

İqtisadçı-alimin sözlərinə görə, bu qış mövsümündə aldığı çoxsaylı mesajlardan bəlli olub ki, bir çox rayonlar qazla təchiz olunsa da, xüsusilə də kəndlərdə nəinki evləri, hətta məktəbləri belə sobalarda təzək yandırmaqla qızdırırdılar: “Bu da “Azərbaycan regionlarının 95 faizi qazla təmin olunub”,- deyənlərin gördükləri işə istehza yaradırdı. 

Nə olsun ki, ölkəmizdə qazlaşma yüksək səviyyədir, onun pulunu ödəməyə xüsusilə də regionlarda yaşayan sıravi azərbaycanlıların maddi imkanı çatmırdı”. 

Q. İbadoğlu xatırladıb ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı və hər ilin sonunda təyin olunmuş limit sıfırlanırdı.

Q. İbadoğlu qaz limiti ilə bağlı təkliflərini də verib:

“1. Qaz limiti tamam ləğv edilməlidir. Hesab edirəm ki, xüsusilə də region əhalisi üçün bu vacib məsələ növbəti qış mövsümünə qədər həllini tapmalıdır.

2. Yalnış siyasətə görə, "Azəriqaz" son 2 ildə 1700 kubmetrdən yuxarı qaz istehlak edənlərin ödənişlərini ya geri qaytarmalı, ya da cari və növbəti ilin ödənişlərindən çıxmalıdır. 

3. Eyni yanaşma elektrik enerjisini istehlak edən əhali qrupuna da şamil edilməli və istehlakçılar üçün limit aradan qaldırılmalıdır”.

Məqalədə : Qubad İbadoğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
62

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 16:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru