Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2019
19:16
380
Biləcəridə marşrut avtobuslarının hərəkəti dəyişdirilir - SİYAHI

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, məhdudlaşdırma ilə bağlı həmin ərazidən fəaliyyət göstərən 2, 7A, 13, 14, 29, 37, 59, 67, 83, 91, 92, 96, 114A, 114B, 117, 130, 135, 142, 158, 159 və 170 nömrəli müntəzəm marşrutların hərəkətində dəyişiklik edilərək:

 -   2, 7A, 13, 14, 29, 37, 59, 96 nömrəli marşrutlar “Ekologiya” postunun yaxınlığından geriyə dönməklə, “Beynəlxalq Avtovağzal Kompleksi”nə təşkil ediləcəkdir.

 -   114A, 114B, 135, 159, 170 nömrəli marşrutlar Biləcəri dairəsinə daxil olmadan Bakı-Sumqayıt şosesi ilə hərəkət edəcəklər.

 -   130, 142, 117, 158 nömrəli marşrutlar ətraf qəsəbələr istiqamətində hərəkət edərkən şamaxinka dairəsi adlanan ərazidən keçməklə təşkil ediləcəkdir .   

 -   67, 83, 92 nömrəli marşrutlar Biləcəri qəsəbəsi istiqamətində Biləcəri dairəsinə daxil olmadan R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcəklər.

 -   91 nömrəli marşrut Q.Süleymanov, R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcək.

Məqalədə : təmir işləri Biləcəri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
181

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
118

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
144

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 17:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru