Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2019
16:37
Kuba, Boliviya və İspaniya Venesueladakı çevrilişi pisləyib - FOTO - VİDEO

Venesuelada baş verən hərbi çevriliş cəhdinə dair Ağ Evdən açıqlama gəlib. FaktXəbər bildirir ki, bu barədə NTV kanalı məlumat yayıb.

"ABŞ Prezidenti Trump Venesuela haqqında məlumatlandırılıb və vəziyyəti izləyir",-deyə Ağ Evin məlumatında qeyd edilir.

Kuba və Boliviya Maduronun yanında olduğunu açıqlayıb, İspaniya isə dövlət çevrilişinə cəhdi dəstəkləmədiyini açıqlayıb.

***

15:54 - Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes prezident Nikolas Maduro hökumətinə sadiq qalacağını açıqlayıb. O, ordunun ölkə konstitusiyasını qorumağa hazır olduğunu bildirib.
 
"Biz ölkə konstitusiyasının keşiyində möhkəm durmağa davam edəcəyik",-deyə nazir Twitterdə yazıb.

***

15:04 - Xuan Quaidonun hərbçilərlə razılğa gəlməsini bəyan etməsindən sonra paytaxt Karakasda bir qrup şəxs küçələrə çıxıb. FaktXəbər bildirir ki, bu barədə "RT" məlumat yayıb.

Məlumata görə, Quaido hərbi çevrlişi "La Carlota" avia bazasından idarə edir.

Prezident Nikolas Maduronun mətbuat katibi Venesueladakı çevriliş təsdiqləyib. Milli Qvardiyanın  zirehli texnikasının paytaxt Karakas küçələrindəki görüntüləri yayılıb.

***

14:41 - Venesuelada ABŞ-ın dəstəklədiyi müxalifət lideri Xuan Quaido hərbçilərlə razılığa gəldiyini və hakimiyyəti yaxın vaxtda devirməyə hazırlaşdığını bildirib. FaktXəbər məlumat verir ki, bu barədə o, Tvitter səhifəsinə video yerləşdirib.
 
O, əlavə edib ki, yaxın vaxtlarda yüksəkçinli hərbçilərlə görüşəcək və prezident administrasiyasına qarşı etiraz aksiyasına çıxacaq.
 
Xuan Quaido həmçinin ölkə əhalisini ümumdövlət etiraz aksiyasına qoşulmağa çağırıb.

Müxalifət liderinin hazırda "La Carlota" hərbi bazasında olduğu deyilir.

Venesuela hökuməti açıqlayıb ki, müxalifətlə əlaqəli bir qrup əsgər çevrilişə cəhd edib və bunun qarşısının almaq üçün əməliyyat başladılıb.


Məqalədə : Xuan Quaido 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 2-ci gününün duası - AUDİO

14

Aprel
20:00
MƏNƏVİYYAT
174

İran neft hasilatını artırır

14

Aprel
14:10
İQTİSADİYYAT
271

QMİ-nin televiziya kanalı fəaliyyətə başlayıb

14

Aprel
13:57
BÖLMƏNİ DÜZ SEÇ!
318

Sabahın hava proqnozu açıqlandı

14

Aprel
13:01
ÖLKƏ
286

Ramazan ayında and içmək orucu batil edirmi?

14

Aprel
11:53
MƏNƏVİYYAT
336

Azərbaycan nefti bahalaşıb

14

Aprel
10:48
İQTİSADİYYAT
386

Bitkoinin qiyməti yeni rekord qırdı

14

Aprel
10:37
DÜNYA
352

Azərbaycanda Ramazan ayı başladı

14

Aprel
09:36
ÖLKƏ
459

Neftin bahalaşması davam edir

14

Aprel
09:25
İQTİSADİYYAT
382

AMB-nin valyuta məzənnələri

14

Aprel
09:11
İQTİSADİYYAT
377

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
401

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
399
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 03:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru